yabanci dad

Tikka Masala souslu toyuq – “YABANCI DAD”

Baxış sayı: 810

“Gencaile.az” saytının “Yabancı dad” rubrikasında bu gün sizə Hindistan mətbəxindən Tikka Masala souslu toyuğun hazırlanmasından bəhs edəcəyik.

 

İnqrediyentlər

4ədəd sümüksüz toyuq budu

1 ədad orta ölçülü soğan

1 ç.q. tomat

2 ədəd sürtgəcdən keçirilmiş pomidor

2 x.q.yağ

6 x.q. zeytun yağı

2 x.q. limon suyu

2 x.q. süzmə qatıq

1.5 stəkan qatıq

1 ç.q. krem

1 ç.q. duz

yemek

Hazırlanma mərhələsi

Kiçik bir tavanın içərisinə istiot, cirə, kətan toxumu, mixək, keşniş toxumu əlavə olunur. Az odda qoxusu çıxana qədər qovrulur.  Sonra hilin toxumlarını əlavə edin. Sarıkök, pul bibər əlavə edilərək əzilir. Bütün ədviyyatlar toz halına gələnə qədər bu proses davam edir. Hazırlanan ədviyyat qarışımının adı qram masala adlanır. Qram masalanı kiçik bir qabın içərisinə əlavə edilir. Toyuqlar kub-kub doğranılır. Dərin bir qabın içərisinə süzmə qatıq, qatıq, limon suyu, duz və zeytun yağı tökülür. Əl mikserilə qarışdırılır. Sarımsaq əzilir. Ardından qatıq qarışımının içərisinə zəncəfil və sarımsaq əlavə edilir, qarışdırılır. Hazırlanan ədviyyat qarışımından 1 x.q. qədər əlavə edilir. Toyuqları da əlavə etdikdən sonra bir dəfə qarışdırılıb streç paketin üzərinə tökülərək soyuducuda 4-6 saat arası saxlanılır. Orta ölçülü tavanın içərisinə Super Sun yağı əlavə edilir. Xırda doğranılmış soğanlar da bura əlavə edilərək qovrulur. Daha sonra sürtgəcdən keçirilmiş pomidor və tomat da əlavə edilir. Yaxşıca qarışdırılır. İçərisinə dəfnə yarpağı atılır. Otaq istiliyindəki kremi qarışdıraraq az-az əlavə edilir və qarışdırılaraq sousun qatı hal alınmasına çalışmaq lazımdır. Bu proses 15-20 dəqiqə davam edir. Sous hazırlanarkən az odda olmalıdır. Ayrı bir tavanın içərisinə bir miqdar zeytun yağı əlavə edilir. Marina olunmuş toyuqlar bu tavaya əlavə edilir. Təxminən 20 dəqiqə bişirilir. Sonra da bişən toyuqlar bol ədviyyatlı sousun içərisinə əlavə edilir. Sousla birlikdə təxminən 10-15 dəqiqə orta odda bişirilir. Bişdikdən sonra qapağı bağlanılır və 15 dəqiqə gözlədilir. Sousla birlikdə servis edilir.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir