Titan üzüklər barmağa necə təsir edir?

Baxış sayı: 2. 020
Son vaxtlar titandan hazırlanmış nişan üzükləri daha çox populyarlıq qazanmağa başlayıb. Cavan cütlüklər nəsə yeni və orijinal bir şey axtardıqlarından, bu metala üstünlük verirlər.
“Gencaile.az” “Planet today”ə istinadla bildirir ki, titan görünməmiş bərkliyi ilə seçilir, lakin həkimlər üçün nişan üzüyünün bu variantı əsl problemə çevrilib.
Məsələ ondadır ki, lazım gələndə qızıl və ya gümüş üzükləri asanca kəsmək və ya barmaqdan çıxarmaq mümkündürsə, titan üzüklərdə bu, olduqca çətindir. Bildirilib ki, Xəstəxanadakı heç bir alət onu kəsə bilmir. Odur ki, üzük barmaqdan çıxmadığı halda, həkimlər barmağın özünü kəsməli olacaqlar.
Əgər üzük çıxarılmasa, barmağa qan axınının qarşısını alacaq  və nəticədə barmaq sadəcə, öləcək. Odur ki, həkimlər belə bir metalı kəsmək üçün yeni alətin vacib olduğunu qeyd edirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir