bulka

Torağayı bulkası – RESEPT

Baxış sayı: 2. 798

Gencaile.az torağay formasında bulkaların hazırlanma qaydasını təqdim edir:

250 ml su
1 ç.q. quru maya
0.5 st. şəkər tozu
1 ç.q. vanilli şəkər
1 ç.q. duz
1/4 st bitki yağı
3 st. un

kişmiş (bəzək)
bal (üzərinə)

Kişmiş və bal xaricində göstərilən ərzaqdan xəmir yoğurun. 1,5-2 saat isti yerdə saxlayın.

Hazır xəmiri 8 yerə bölün.

Hər kündəni 15 sm uzunluqda jqut halına salın. Onu düyünləyərək bir hissəsini quş başına bənzədin.

Kişmişi bir neçə yerə bölüb “göz” əvəzi “başa” bərkidin.

Yaxud şəkildə göstərilən digər qaydadan istifadə edin.

“Torağayları” siniyə düzüb isti yerə qoyun. Gələndən sonra üzərinə bal çəkib 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Bişmiş bulkaları taxta lövhənin üzərinə qoyun. Azca su səpin, üzərinə dəsmal çəkib 10-15 dəqiqə saxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir