toy

Toy büdcəsini necə planlaşdırmalı?

Baxış sayı: 1. 852

Evlənməyə qərar verdiyiniz andan etibarən nişanlın xəyallara dalmışkən sənin bütün işin gerçəklərə görə qərar vermək və onu xəyal dünyasından gerçək dünyaya endirmək olacaq. Bunun ən başında isə toy büdcəsi durur. Yaxşı, bəs toy büdcəsi necə planlanır?

 

Büdcə niyə lazımdır?

Mümkün qədər kontrollu irəliləyə bilmək üçün toy büdcəsini planlaşdırmalısınız. Öncəliklə toyun hansı xərcini hansı tərəf qarşılayacaq. Ənənələrə görəmi yoxsa tamamilə ailələrdən uzaq öz büdcəniz ilə irəliləyəcəksiniz, əvvəlcə buna qərar verin. Bu qərarların hamısına əlbəttəki nişanlınla birlikdə qərar verməlisən. Sonradan aranızda bir problem çıxmasını istəmirsinizsə, hər şeyi onunla danışaraq həll etməyinizi məsləhət görürük. Əgər büdcə olaraq ailələr də işin içindədirsə, iki tərəfə də düşən xərcləri ayırmalısınız. Məsələn, toy məkanı, toy təşkilatçısı, müğənni, dəvətnamə, gül xərcləri hər iki tərəfin də öhdəliyində olan məsələlərdir. Amma sizə məsləhətimiz odur ki, ailələrə çox yük olmamaq üçün ekstra edəcəyin bütün xərcləri nişanlınla birlikdə edəsiniz. Məsələn, fotosesiya, bəy-gəlin rəqsi və s. bu kimi xərcləri. Bal ayının xərclərini isə qəti olaraq birlikdə qarşılayın.

 

Rasional ol…

Rasional olmağın üçün ən vacib lazım olan mövzu ilə başlayaq. Gəlinlər həyatlarının ən həyəcanlı dönəmində olduğu üçün toy büdcəsi mövzusunda rasional olmaya bilərlər. Buna görə bu barədə kontrolu bir az ələ almalısan. İkiniz də oturub toy məsrəflərini necə qarşılayacağınıza qərar verməlisiniz. Büdcə içində ən böyük xərclərdən biri toy məkanının ödənişi olur. Ən kritik seçim də elə toy məkanıdır.

Ən qalıcı yatırım: Fotoqraf seçimi

Toy büdcəsində ən qalıcı yatırım toy fotoqrafları üçün ayrıldığını düşünürük. Bəzi bəylər əvvəlcə toy fotosesiyasının gərəksiz olduğunu düşünsə də, sonradan əslində əldə qalan ən böyük xatirənin bu fotolar olduğuna inanırlar. Fotoqrafınızı çox yaxşı araşdırıb seçin, qiymətə çox da fikir verməyin. Çünki yemək, tort, geyim hər şey unudulub gedəcək amma fotolar bir ömür boyu xatirə olaraq qalır. (Menimtoyum.az)

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir