toy

Toy hazırlıqları zamanı nəyi nə zaman planlamalısınız

Baxış sayı: 303

12 ay əvvəl

Bir toy büdcəsi və toy hazırlıqları siyahısı hazırlamaq və hər iki tərəfin ailə fərdləri ilə pul mövzularını danışmaq. Neçə nəfərlik toy planlayısınız? Ən azından dəvətli sayı haqqında bir fikriniz olmalıdır. Harada və necə evlənmək istədiyinizi birlikdə detallarla düşünün. Alternativləri dəyərləndirməyə başlayın.

11 ay əvvəl
Toy konseptinizi əvvəlcədən qərarlaşdırın. Unutayın ki, bundan sonrakı bütün hazırlıqlar bu konseptə uyğun olacaqdır.

10 ay əvvəl
Gəlinlik modellərinə və gəlinlik məkanlarına baxmağa başlayın. Toy məkanınıza artıq qərar verin.

9 ay əvvəl
Əgər toyunuzu toy təşkilatçısı ilə edəcəksinizsə 9 ay əvvəldən onlarla danışın və qiymətləri analiz edin.

8 ay əvvəl
Toyunuzda kimlər şahidiniz olacaq, kimlərə söz veriləcək və s. bu kimi detalları planlaşdırın.

7 ay əvvəl
Dəvətnamə və toy tortunu seçməyə başlayın.

6 ay əvvəl
Foto və digər çəkimlərdə kiminlə işləyəcəyinizə qərar verməyə başlayın. Fotoqrafın portfolyalarına nə qədər tez baxmağa başlasanız o qədər effektli olacaq. Toy mahnıları və diskoteka mahnıları haqqında düşünməyə başlayın. Müğənni və DJ-lə danışın.

5 ay əvvəl
Bal ayında hara gedəcəyinizi planlayın. Yerinizi ən azı 6 ay öncədən qərarlaşdırsanız endirimlərdən faydalana bilərsiniz. Gəlin saçı və makiyajı haqqında düşünmək üçün 5 ay əvvəl heç də tez deyil.

4 ay əvvəl
Balayında xaricə gedəcəksinizsə, xarici pasportunuzu yeniləmə və viza işləmləri üçün nələr etməniz lazım olduğunu öyrənin. Son bir neçə ayda alış-verişə vaxtınız olmaya bilər. Buna görə bal ayında geyinəcəklərinizi indidən planlayıb shopping edə bilərsiniz.

3 ay əvvəl
Problemli bir üzünüz varsa, müalicə üçün zamana ehtiyacınız var. Peeling, lazer, ləkə müalicəsi kimi planlarınızı 3 ay öncədən edin ki toy günündə qıpqırmızı görünməkdən qurtula biləsiniz.

2 ay əvvəl
Əgər toyunuzda xüsusi rəqs edəcəksinizsə, 2 ay öncədən rəqs kurslarına gedin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir