Toy maşınlarından imtina edilir

Baxış sayı: 1. 373

Azərbaycanda  bir çox sahələrdə olduğu kimi toylar üçün bir günlük  və eyni zamanda gəlin maşını kimi icarəyə götürülən kirayə avtomobil bazarında da durğunluq müşahidə edilir. ANS PRESS-in məlumatına görə, artıq şəhərdə “rent a car”ların icarəyə verdiyi avtomobillərə və gəlin maşını kimi istifadə üçün nəzərdə tutulan maşınlara maraq həddən artıq azalıb. Bunu həm şəhər sakinləri, həm də icarədərlar təsdiq edirlər.

Paytaxtın avtomobil icarəyə verən salonlarından birinin əməkdaşı İlham Məcidov deyir ki, toylarda istifadə üçün icarəyə verdikləri maşınlara olan maraq  əvvəlki aylarla müqayisədə  çox aşağı enib: “Əvvəllər toylara getmək üçün bir günlük icarəyə verilən maşınlara maraq daha çox idi. Bundan daha çox evlənən cütüklərin dostları, yaxınları istifadə edirdi. Ancaq hazırda belə vətəndaşların sayı həddən artıq azdır. Əvvəllər ay ərzində  tək  toylar üçün 50-70 maşını  icarəyə verirdik. İndi bu rəqəm  30-35  arasında dəyişir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir