tort

Toy tortunuzu seçərkən diqqət edilməli olan 6 məqam

Baxış sayı: 1. 234

1. Şirniyyatçıdan mütləq öncəki cütlüklər üçün hazırladıqları tortların şəkillərini istəyin.

Ümumiyyətlə sırf bu işlə məşğul olan firmaların kataloqlarının olması gözlənilir.

2. Istədiyiniz tort və istifadə olunacaq ərzaqlar nə olursa olsun toy günü bir surprizlə

qarşılaşmamaq üçün mütləq əvvəlcədən dadına baxmağı tələb edin. Bu, həm əksiklikləri

görmənizə həm də cütlük olaraq birlikdə əyləncəli vaxt keçirməyinizə səbəb olacaq.

3. Şirniyyatçınıza, sizin üçün xüsusi nə kimi dizaynlar edə biləcəyini soruşun. Məsələn,

sizin birlikdə olan şəklinizdən və ya toy konseptinizə uyğun necə bir tort hazırlaya bilər fikrini öyrənin.

4. Hazırlanma müddətini öyrənin. Xüsusilə əgər bu xüsusi dizaynlar hazırlayan və məhşur şirniyyatçıdırsa,

bir neçə ay öncə bron edin.

5. Şirniyyatçı ilə yalnız tortun təslimi üçün yoxsa qurulum üçün də razılaşacağınızı mütləq dəqiqləşdirin.

Çox hallarda şirniyyatçılar yalnız təslimatı edərlər.

6. Toy tortunun bəzəklərinin qiymətləri ayrıca edilə bilər. Əgər belədirsə, qiymət adətən hər dilimə görə edilir.

Tortunuzdan neçə dilim çıxırsa, tort bəzəklərinin qiyməti də onunla əlaqədar olaraq dəyişəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir