buket

Toy üçün hansı çiçək seçilməlidir?

Baxış sayı: 1. 422

Toy günü bəy tərəfindən gəlinə təqdim olunan gül buketi gəlin üçün ciddi əhəmiyyət kəsb edir. Odur ki, onun necə olması, hansı güldən hazırlanması və s. məqamlar da az önəm daşımır. Toyunuzun hansı mövsümdə olmasından asılı olaraq gül seçimini edə bilərsiniz. Hansı fəsilolursa-olsun, möhtəşəm nəticə üçün detallara diqqət yetirməniz lazımdır.

Əvvəlcə seçdiyiniz çiçəklər toyunuzun ümumi havasıyla uyğun olmalıdır. Toyunuzun harada olacağı, həmin məkana uyğun olaraq hansı rəngləri istifadə etməniz çox əhəmiyyətlidir. Məsələn yaz toyu üçün çobanyastığı gülü hovuz başı dəvətləri üçün heç uyğun deyil. Məkanın dekorasiyası əsnasında çiçəkçiyə əvvəlcə tema ilə əlaqədar ətraflı məlumat verməlisiniz. Toyun ediləcəyi məkan, zaman və ayırdığınız büdcə çox əhəmiyyətlidir. İndiki vaxtda toy təşkilatları üçün çox müxtəlif tərzlərdə tənzimləmələr edilməkdədir.

Istəklərinizə, şəxsiyyətinizə, ehtiyaclarınıza görə tamamilə sizə xüsusi bir toy olması üçün, əlinizdəki imkanlardan sonuna qədər faydalanın. Dekorasiyada istifadə etdiyiniz aksesuarlar, rənglər, çiçək seçimində dəyərləndirəcəğim ilk kriterlerdir. Masa üstünə yerleşdirəcəyiniz çiçəklərin, digər çiçəklərlə uyğun olması lazım olduğunu da unutmayın.

Çiçəklərin özlərinə xas bir dilləri olduğunu bilirik. Hamısının bir mənası var. Pis məna verən bir çiçəyi, toyunuzda istifadə etmənizi istəməzsiniz.Çiçəklər və mənaları:

 

Qərənfil: Xəyal qırıqlığı

Nərgiz: eqoistlik

Süsən: Qərarsızlıq

Latın çiçəyi: Eşqindən ölürəm

Yasəmən: Sevgi sərxoşluğu

Zanbaq: Saflıq və məsumluq

Bənövşə: Vəfa

Ağ Gül: Gözəllik

Qırmızı Gül: Eşq

Lalə: Səmimilik

Sarı Toy çiçəyi: Nankorluq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir