GEYIM

Toyda gəlinin rəfiqəsi necə geyinməlidir? – TÖVSİYƏ

Baxış sayı: 1. 624

Sizi vacib hadisə – yaxın rəfiqənizin toyu gözləyir. Gəlin sizi sadəcə bir qonaq kimi dəvət etməyib, o, istəyir ki, onun şahidi olasız. Bu mühüm gün necə görünəsiz? Gəlinin rəfiqəsinə necə düzgün paltar seçilməlidir?

Öncə  öz funksiyalarınız nədən  ibarət olduğu haqqında düşünün. Bilirik ki, gəlinin rəfiqəsi toyun fəal iştirakçısıdır. Siz daima mərkəzdə olmalısız və hərəkət etməlisiz. Gəlinə yardım etməlisiz və onun kiçik xahişlərini yerinə yetirməlisiz. Bundan əlavə, oyunlar və müsabiqələr zamanı siz fəal olmalısız. Nəticə: Sizin paltarınız yalnız gözəl, zərif və rahat olmalıdır

Heç bir halda paltarınız gəlinin paltarından parlaq olmamalıdır! Sizin geyiminiz gəlinin paltarından  asılıdır. Rəngi, faktura, uzunluq və  stil haqında onunla danışın. İnanın ki, rəfiqənizə bu məsələni müzakirə etmək xoş olacaq.

Digər mühüm aspekt – toydan sonra paltarı istifadə etmək imkanı. Büdjəniz azdırsa, siz sonrada istifadə edə biləcəyiniz universal paltar seçə bilərsiniz. Həmçinin paltarı kirayəyə götürə bilərsiz bu da sizin seçiminizi  artıracaq.

Unutmayın ki, gəlin öz toy günü ən cəlbedici və  gözəl olmalıdır, onun rəfiqələri isə gül kimi onun zərif görünüşünə bəzək olmalıdırlar.

Toyun digər qonaqları ilə müzakirə edin, yaxşı olar ki, gəlinin rəfiqələri eyni stil paltarlarda olsun.

Sizin paltar üçüm ən uyğun rənglər: mavi, sarı, çəhrayı, açıq yaşıl, gümüş, lavanda, fuksiya və bənövşəyi rəngdir. Rəngi sifətinizə düşən seçin. Paltarı strazlarla, parıltılarla və güllərlə bəzədilə bilər. Lakin həddə riayət edin. Bu gün ağ paltar və əlcəklər taxmayın çünki sizi gəlinlə səhv sala bilərlər.

Tövsiyə edirik ki, seçdiyiniz paltarın parçasında qənaət etməyin. Gəlinin rəfiqəsinin paltarının ən yaxşı parçası: sifon, ipək, atlas, tafta ola bilər. Bu parçalar bahalı və zərif görünürlər.

Toy modasının istiqamətlərindən biri – assimetrik aksentlərdir: ətək xətti, yarıqlar bir qol və ya breteldir. Yubkanı lalə, büzmələrlə və bəzəklərlə seçin.

Siz toy geyimi kimi yalnız paltar seçməli deyisiz. Siz şalvarla kostyum, yubka ilə koftada yaraşar. Yadda saxlayan bu gün makiyaj zərif olmalıdır, lakin təbii  yaxın olmamalıdır




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir