toy

Toydan əvvəl formada qalmaq üçün 8 tövsiyə

Baxış sayı: 1. 645
Evliliyə hazırlıq xüsusilədə qızlarımız üçün ən həyəcanverici hadisələrdən biridir. Bu dövrdə hər qadın daha gənc, gözəl formada və sağlam görünmək istəyir. Yaxşı bunun üçün nələr etmək lazımdır?
Susamağı gözləmədən su içməyi vərdiş halına gətirin!
Susuz qalmaq baş ağrısı, enerji zəifliyi, yorğunluğun yanında oynaq və əzələ ağrılarına səbəb olur. Susuz qalsanız həm orqanlarınız, həm dəriniz daha sürətli yaşlanar. Yaşlandıqca susama mexanizmi pozular; çay-qəhvə kimi içkilər susamağı azaldar amma susuzluğu artırar. Gündə yalnız 8 stəkan su içərək enerjinizi yüksəldə bilər, sağlamlığınızı qoruya bilərsiniz.
Gün boyunca 3 saatdan çox aç qalmayın!
İnsanların çoxu səhər naharı etmir; günorta yeməyini müxtəlif fastfoodlarla başa vurur, sadəcə axşam yemək yeyər. Bəzi insanların kalori atmaq və arıqlamaq üçün etdiyi bu seçim çox yalnış bir hərəkətdir. Çünki bu zaman maddələr mübadiləsi zəifləyər və həddindən artıq kilo itkisinə məzruz qala bilərsiniz.
Belə qidalanma isə yalnız kilo verməyə deyil, eyni zamanda əzələ-sümük toxumalarının zəifləməsinə gətirib çıxarır. Bu səbəblə, sağlam qidalanmaq və dinc qalmaq üçün gündə ən az 4 dəfə az qidalanmaq lazımdır.
Lifli qidalanın, gənc qalın!
Sağlam və gənc qalmağınızı təmin edən qidalanma üsulu lif baxımından zəngin olmalıdır. Gündəlik qida rasionunuzun yüzdə 60-ının meyvə, tərəvəz, taxıl məhsulları, un kəpəyi, qabıqlı düyü kimi çox lifli qidalardan meydana gəlməsinə diqqət yetirin. Yağ üçün ən çox yüzdə 20, zülal üçünsə yüzdə 15lik pay kafi olacaq. Ancaq unutmayın ki sümük əriməsidən və sağlamlıq problemlərindən qoruyan əsas zülallar; paxlalılar, emal edilməmiş soya məhsulları. Lifli qida miqdarını nizamlaya bilməyin ən asan yolu, şəkərli mövsüm meyvəsi, səhər naharında isə raginə olunmamış taxıl kimiləri seçməkdir.
Süni qatqı maddəli qidalar daxilinizi və xaricinizi də yaşlandırır!
Yaşıdlarınızdan daha gənc yaşlanmaq üçün siqaret, çay-qəhvə, spirt və bənzəri kimyəvilərdən uzaq durun. Qatqılı, boyalı, icra olunmuş qidaları mümkün olduğunca seçməyin. Bunların hamısı, həm idaxili orqanlarınızı, həm dərinizi korlayaraq erkən yaşlanmaya səbəb olur. Rafinə olunmuşlar isə sümük əriməsini sürətləndirər. Alkaqol, siqaret erkən menapoz, ağciyər-qaraciyər-ürək xəstəlikləri və xərçəng riskini artırar. Çay-qəhvə sidik sökdürücü təsiri ilə keyfiyyətli suyun bədəndən uzaqlaşmasına səbəb olar; nəticədə yaşıdlarınızdan daha erkən yaşlanarsınız. Konserv qida, un, şəkər, duz, qazlı, boyalı içkilər, dadlandırıcılar, hormonlu qidalar bir çox toksin meydana gətirərək dərinizə və orqanlarınıza zərər verə bilər.
Kolajen istehsalını qorumaq üçün günəşdən qaçının!
Günəş, ultrabənövşəyi təsiri ilə dəriyə çox- çox zərər verər; kolajen istehsalını pozaraq erkən qırışlara və dəridə ləkələrə səbəb olar. Bu səbəblə xüsusilə də həssas dəriyə sahibsinizsə səhər evdən çıxmadan yarım saat əvvəl 30 SPF ehtiva edən günəş qoruyucusu çəkin və lazım olsa gün içində 4 saatdan bir yeniləyin.
Nizamlı yuxu gənclik hormonu ifraz edin!
Yaxşı bir yuxu həqiqətən də gözəllik yuxusudur. Yuxuda hüceyrələrin təmir mexanizmləri işləyir və bu, yaşlanmağı gecikdirən ən yaxşı vərdişlərindən biridir. Çünki yuxu əsnasında dəri və müdafiə etmə sistemimizi gücləndirən və melatonin adı verilən gənclik hormonu ifraz olunur.
Məşqin möcüzəsindən faydalanın!
Dünya Sağlamlıq Təşkilatının ən əhəmiyyətli öyüdlərindən biri olan “açıq havada gündəlik 1 saatlıq orta tempdə gediş”i tətbiq edin. Bu həm ehtiyacınız olan təmiz oksigeni almağınıza köməkçi olar həm də endorfin, digər adıyla xoşbəxtlik hormonu ifraz etmənizi təmin edər. Məşqin əzələlərinizi gücləndirib dərinizi gərginləşdirdiyini də unutmayın.
Daha gənc görünmək üçün köməkçi sistemlərdən faydalanın!
Ehtiyacı , kompleksli olanlar estetik əmiliyatdan üz, burun, göz, əl,qol,ayaq ,qarın, selulit, artıq piylərdən əmiliyatla özlərini cavanlaşdıra bilərlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir