Toyqabağı arıqlamaq istəyirsiz? – TÖVSİYƏLƏR

Baxış sayı: 2. 093

“GENCAİLE.AZ”ın anspress-ə istinadən məlumatına görə, mütəxəssislər qısa müddətdə arıqlamaq üçün az kalorili pəhrizləri məsləhət görmürlər. Çünki pəhrizi dayandıran kimi sürətlə kilolarınızı bərpa edəcəksiniz. Bundan əlavə, sağlam çəki itirməklə bu yol arasında fərq cəmi bir necə kq olacaq. Buna görə isə orqanizmə ziyan vurmaq ağılsızlıq olar.

Toy qabağı effektiv arıqlamaq üçün müntəzəm üzmək məsləhətdir. Bu sayədə bədənin bütün bölgələrində incəlmə olur. Bol-bol su içməyi unutmayın. Hər gün süd-qatıq, meyvə-tərəvəz, salat, ət və çörək qrupuna daxil olan qidalardan mütləq istifadə edin. Çalışın, hər şeydən az-az prinsipinə əməl edin.

Nişanlınız, sevgiliniz sizə dəstək olarsa, çəki itirilməsi daha asan olacaq.

Toya hazırlıq kifayət qədər yorucu prosesdir. Çalışın, həyatınızdan stresi mümkün qədər uzaq tutun. Kofein stresi artırır. Rahatlaşmaq üçün çobanyastığı, çökə kimi bitki çayları için. Günorta və axşam yeməklərində 6 qaşığa qədər düyü yeyə bilərsiniz. Yarım fincan düyü bişmiş halda 103 -108 kaloridir. Bu məhsul ət, tərəvəz kimi yeməklərin yanında yaxşı qarnirdir.

Toya 3 gün qalmış həzmsizlik, şişkinlik kimi problemlərlə qarşılaşmamaq üçün aşağıdakıları yeməmək məsləhətdir:
Paxla, lobya, noxud, soya
Alça, ərik, kişmiş, banan, şaftalı, armud
Qabaq, turp, soğan, çuğundur
Qızardılmış qidalar, yağlı, souslu yeməklər
Kremli məhsullar
Saqqız
Spirtli içki, kofeinli içkilər
Daha öncə dadmadığınız məhsullar

Toya 3 gün qalmış bu pəhrizdən istifadə edə bilərsiz.
səhər yuxudan duranda içində alma və ya limon olan 1 böyük stəkan ilıq su
1 ədəd yağsız yoqurt
1 kiçik alma
3 qaşıq sadə yulaf əzməsi
1 böyük stəkan su

Ara yemək
1 kivi +10 çiyələk
1 böyük stəkan ilıq su

Nahar
2 dilim qara çörək
Suda qaynadılmış toyuq, az yağlı pendir
1 qab ayran
1 böyük stəkan ilıq su

Ara
1 böyük alma
1 böyük stəkan ilıq su və ya
1 dilim çörək+pendir
1-2 fincan çobanyastığı çayı

Axşam
1 boşqab qaynadılmış tərəvəz (üzərinə 1 çay qaşığı zeytun yağı) + 4 yemək qaşığı yağsız qatıq
1 saat sonra: 1 fincan yaşıl çay
1 böyük stəkan ilıq su (400 ml)

Ara
1 kivi+1 qab yağsız qatıq
2 dilim təzə ananas
2 kivi və ya 10-12 çiyələk




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir