DEVETNAME

“Toyuma telefonsuz gəlin” – TOY DƏVƏTNAMƏSİ

Baxış sayı: 1. 577

Hazırda telefon həyatımızın ən vacib elementlərdən biridir. İş o yerə çatıb ki, həyatını telefonunsuz təsəvvür etməyənlər də var. Hətta ən vacib məclislərdə belə, demək olar ki, hamının əlində telefon görmək mümkündür. İnsanların böyük həvəslə təşrif buyurduğu toy mərasimlərində də  insanların telefonla “oynaması” birmənalı qarşılanmır.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, toylarda mobil telefonlarla məşğul olmağı camaata qadağan etmək olmaz. Mütəxəssis bildirir ki, kiminsə vacib tədbiri, yaxud xəstəsi ola bilər, buna görə təcili xəbər gözləyər:

“Ona görə də toya dəvət olunan şəxslərə telefonu qadağan etmək real deyil. Amma biz televiziyalarla, mətbuatla bir yerdə intensiv şəkildə insanlar arasında təbliğat aparmalıyıq ki, telefondan istifadə mədəniyyəti düzgün formalaşsın. Əgər vacib yerdəyiksə, orada telefonla danışmaq və ya mesajlaşmaq düzgün deyilsə, zəng edənə qısaca cavab vermək olar. “Bağışlayın, tədbirdəyəm, toydayam” və s. kimi qısa ifadələrlə danışa bilmədiyimizi qarşı tərəfə bildirərik. Bundan əlavə, vacib məsələ ilə bağlı narahat edirlərsə, 2 dəqiqə bayıra çıxıb, sözünü deyə bilər. Amma bizdə ümumiyyətlə, telefondan istifadə mədəniyyəti aşağıdır”.

Image result for toyda əlində telefon

Ə.Qəşəmoğlunun sözlərinə görə, telefon mədəniyyətinin aşağı olması həm ictimai yerlərdə, toylarda, universitetlərdə də müşahidə olunur:

“Universitetdə dərs deyirəm. Gün ərzində tələbələrə ən çox qadağan etdiyim şey telefondur ki, şagirdlər dərs vaxtı istifadə etməsinlər. Zəngə cavab verə bilməsələr də, mesajlaşırlar. Çox müəllimlər də bundan şikayət edir. Amma biz daha çox təbliğat aparsaq, telefondan istifadə mədəniyyətini öyrədə bilsək, müsbət irəliləyişə nail olarıq. Qalan məsələlərdə isə 100 faiz qadağa qoymaqla problem həll olunmayacaq. Yalnız xüsusi yerlərə gedəndə telefonu insanlardan almaq olar, bu da başa düşüləndir. Amma ümumən ictimai yerlərdə insanlara “telefonsuz gəl” – demək düzgün olmaz”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə toyda qonaqların toydan çox telefonla maraqlanasından şikayətləniblər. Qeyd edrlər ki, əksər qonaqlar əyləşdikdən sonra telefon əllərindən düşmür və az qala bütün toy boyu telefon əlində gah gülür, gah da kədərlənir. Toya isə heç bir diqqət ayırmır. Hətta gənclərdən biri qeyd edib ki, “Toyum olsa, dəvətnaməyə toyuma telefonsuz gəlin” yazacaq

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir