toy

Toyunuza rəng qatacaq 8 trend

Baxış sayı: 1. 886

Toy mövsümü artıq başlayıb. Evlilik hazırlığında olan cütlüklər ömürlük yaddaşlarda qalacaq toy günlərini daha da gözoxşayan vəziyyətə gətirə bilərlər. Bunun üçün sizə bir-birindən şıq ipucları təqdim edirik.

Bədən aksesuar trendi – gəlinliyinizə fərqli hava qatacaq dekolte aksesuarlar

Bu aksesuarların köməyilə siz həm dekoltenizi diqqətdənkənar edə bilərsiniz, həm də gəlinliyinizdə öz tərzinizi vurğulamaqla rahatlığınızı də təmin etmiş olarsınız.

“Baby blue” və pudra çəhrayısı

Pantone-un 2016-cı ilin rəngləri arasında pudra çəhrayısı və “baby blue” da yer alıb. Bu rənglər sakitləşdirici təsir bağışlamaqla toyunuza xüsusi ab-hava qatacaq.

Dəvətnamələrdə minimalizm

Minimalizm son dövrlər özünü hər şeydə göstərdiyi kimi, toy dəbində də özünü göstərir. Belə ki, geyim, maakiyaj, aksesuardan sonra qonaqların dəvətnamələri də nə qədər minimal tərzdə olsa, bir o qədər də gözoxşayan ola bilər.

Detallarda mis ab-havası

Bu il toy aksesuarlarında mis rəngini təkcə masalarda deyil, hər yerdə görmək mümkündür. Gəlin aksesuarı, ayaqqabısı və hətta çiçəyi də misin ən gözəl çalarlarından özünə pay ala bilər.

Vintaj nişan üzükləri

Vintaj tərz özünü toy sahəsindən də yan keçməyib. Belə ki, toyun vacib aksesuarlarında olan üzüklərinizi vintaj tərzdə seçə bilərsiniz. Bu, ya ailə xatirəsi olan, ya da keçmişi anımsadan üzük ola bilər.

Canlı çiçəklər

Mövsümü olmuşkən daha canlı, al-əlvan çiçəklərdən gəlin buketinizi seçə bilərsiniz.

Yazılı tort bəzəkləri

Gözəl, anlamlı bir yazı toy tortlarınıza fərqli görüntü qata bilər.

Romantik işıqlandırma

Toyda əyləncə, yemək, hər şey öz yerində amma romantikanın da öz yeri var. Bu romantikanı da şamlar və kiçik işıqlar sayəsində yaratmaq sizin əlinizdədir. (foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir