BASDIRMA

Toyuq ətindən bastırmanı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 164

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə oxucularımızı toyuq ətindən bastırmanı necə hazırlanması ilə tanış edəcəyik.

 

Toyuq basdırmasının tərkibi:

Toyuq əti 1 kq, duz 2 kq, çəmən və ya güldəfnə 2 x/q, paprika (qırmızi şirin bibər) 2 x/q, qırmızı acıistiot 1-2 ç/q, qaraistiot 1 ç/q, sarımsaq tozu 1,5 x/q.

 

Hazırlanma qaydası:

Əvvəlcə qab götürüb içərisinə bol duz tökürük. Toyuğun ətini duzun içində basdırırıq. Sonra qabın ağzını örtüb, təxminən bir gün soyuducuda saxlayırıq. Daha sonra ətin üzərini duzdan təmizləyib yuyuruq. Yenidən toyuğu bir gün təmiz suda saxlayırıq, 1-2 dəfə suyunu dəyişmək daha yaxşı olar. Sonra qırmızı acı və qara istiotu sarımsaq tozu, güldəfnə, qırmızı şirin bibərlə qatırıq. Daha sonra ədviyyatı toyuğun üzərinə çəkirik və ətin üstünü tamamilə ehtiyatla bu ədviyyatla örtürük. Növbəti mərhələdə tənziflə üzərini örtürük və quruması üçün ipə düzüb asırıq. 1 həftə sonra götürüb süfrəyə veririk.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir