TOYUQ BOZARTMASI

Toyuq bozartmasını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 913

“Gencaile.az”  saytının “Yeməyə nə var?”  rubrikasında bu gün oxucularımıza toyuq bozartmasının hazırlanma qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər

1 kq toyuq

600 qr. kartof

100 qr. yağ

4 ədəd baş soğan

Yarım dəstə keşniş

Yarım dəstə şüyüd

4 st. toyuq bulyonu

1 ç.q. duz

1 ç.q. istiot

 

Hazırlanma mərhələsi

Təmizlənmiş toyuq tikələrə ayrılır. Super Sun yağında bir az qızarana qədər bişirilir.

Ayrıca qazanda yarım halqa doğranmış soğan qızardılır.

Kartoflar 2 və ya 4 yerə bölünür. Qızardılmış toyuğun üzərinə əlavə olunur. Kartofun da üzərinə qızardılış soğan tökülür, sonra toyuq bulyonu əlavə olunaraq bişməyə qoyulur.

Hazır olmasına 5 dəqiqə qalmış üzərinə doğranmış göyərti səpilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir