TOYUQ DOLMASİ

Toyuq dolması necə hazırlanır? – RESEPT

Baxış sayı: 1. 673

Həftənin ilk iş günü bitir. Yorğunsunuz və həm də evdə dadlı yemək yeyib, istirahət etmək istəyirsiniz. O zaman gözəl yemək ziyafəti yaşamaq istyərsinizsə, “Gencaile.az” saytının “Yeməyə nə var” rubrikasının təqdim etdiyi ləzzətli və asan reseptlə bunu edə bilərsiniz.

İçindəkilər    

Toyuq filesi – 1 kq

Kolbasa-  150 qr

Qırmızı dolmalıq bibər – 1 ədəd

Sarı dolmalıq bibər – 1 ədəd

Yumurta – 1 ədəd

Döyülmüş qarğıdalı unu

Qızartmaq üçün bitki yağı

 

Hazırlanması 

Toyuq filelərini duz və qara istiot ilə qarışdırmaq lazımdır. Hər filenin içərisinə xırda kub şəklində doğranmış kolbasa, nazik uzun doğranmış (jülyen doğranmış) qırmızı və sarı bibərləri əlavə edib rulet şəklində büküb mətbəx çöpləri ilə bərkit. Bükülmüş fileləri birinci yumurtaya sonra isə buğda ununa batır. Və qızdırılmış qaynar yağlı tavada qızardıb servis et.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir