idman

Triseps məşqlərində buraxılan 5 səhv

Baxış sayı: 1. 446

Aşağıdakı məşq səhvlərini etməsəniz trisepsləriniz düzgün inkişaf edəcək, gücünüz artacaq, hətta idman zədələrindən qorunmuş olacaqsınız.

№1. Dirsəklərin yana getməsi

Uzanaraq dar tutuşlu ştanqa ilə jim və bruslarda jim edəndə çalışın dirsəklərinizi bədəninizə yaxın saxlayın. Uzanaraq ştanqanın baş arxasına aparanda isə çalışın dirsəkləriniz yana qaçmasın. Dirsəkləriniz yana getdiyi zaman trisepslər deyil, sinə əzələləri işləyir. Gücün yarısı sinə əzələlərinə düşdüyü üçün, trisepslər az işləyir.

№2. Çox dar tutuşlu jim

Ştanqa ilə jim zamanı dar tutduğunuz zaman trisepslər sinə əzələsindən daha çox işləyir. Lakin həddindən artıq dar tutduğunuz zaman tarazlığı itirə və lazımsız zədələr ala bilərsiniz.

Məsləhət: çalışın ştanqanı çiyin enliyindən az dar tutun, əlləriniz arasında məsafə 20-25 sm olsun.

№3. Tərs tutuşla məşq etməmək

Blokda qolların aşağı açılması məşqi edərkən yaxşı olar ki, bəzən tərs tutuşla məşq edəsiniz. Bu zaman aşağı trisepslər işləyir.

№4. Qantelin baş arxasında qaldırılması məşqinin iqnoru

Uzun trisepsin bir başı çiyin əzələsinə bağlıdır. Və onu məşq etməyin yeganə metodu baş arxasında qantelin qaldırılmasıdır. Bu səbəbdən bu məşqi mütləq şəkildə triseps proqramınıza daxil edin.

№5. Məqsədli məşqlərdən başlamaq

Məqsədli məşqləri sona saxlayın və baza məşqlərindən başlayın:

* dar tutuşla ştanqa ilə jim;
* bruslarda jim.

Məqsədli məşqləri bir iki yanaşmadan çox olamyaraq, az çəkilərlə isinmə hərəkəti kimi etmək olar.