11053571-obama-vyrazil-nadezhdu-chto-na-postu-pr

Trump-Obama görüşündə 5 sıxıntılı şəkil

Baxış sayı: 117

ABŞ prezidenti seçilmiş Donlad Trump Ağ Evdə Barack Obama ilə görüşəndə onların bir-birinə olan antipatiyası nəzərə çarpıb.

Bundan əvvəl cənab Trump prezidenti tarixin ən pis adamı adlandırıb, cənab Obama isə respublikaçı namizədin vəzifəyə yararsız olduğunu deyib.

New York otel sahibkarı, hazırda isə prezident seçilmiş Trump dəfələrlə Havay doğumlu prezidentin doğum haqqında şəhadətnaməsini sual edib, cənab Obama isə onu açıq şəkildə lağa qoyub.

Hər iki şəxs cümə axşamı Oval Ofisdə iki saatdan çox müzakirə ediblər və media önünə çıxdıqları zaman onlar keçmişdə olanları bir kənara qoyaraq birlik və dinc keçiddən danışmağa çalışıblar.

Lakin kameralar başqa hekayədən bəhs edir.

Trump və Obama
Əgər kənara daha diqqətlə baxsam, bunların hamısı keçib gedəcək…
Trump və Obama
Görünür Trump-ın fikri yayınıb… yəqin keçmişdə deyilənləri düşünür
Trump və ObamaBax bu əsl kadrdır… Obama daş sifət, Trump isə diş qıcayıb
Trump və ObamaTrump qərara gəlir ki, Obamaya baxa bilməyəcək, sadəcə olaraq baxa bilməyəcək
Trump və ObamaTrump rahatdır, əllə görüş sona çatdı
Trump və ObamaObama görüşün bitdiyini açıqladığı zaman nəhayət hər iki şəxs rahatlaşıblar



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir