cay

Tünd çay içmək koronavirusa necə təsir edir?

Baxış sayı: 241

Çay ağız suyunda koronavirusu öldürə bilər. “İzvestiya” nəşrinin məlumatına görə, yaponiyalı alimlər tədqiqatlardan sonra belə qənaətə gəliblər.

Bildirilir ki, SARS-CoV-2 insandan insana əsasən hava-damcı yolu ilə ötürülür. Fərd asqırmasa və ya öskürməsə belə, virus insan söhbət edərkən nəfəs və tüpürcək hissəcikləri ilə ifraz edilə bilər. Kioto Tibb Universitetinin alimləri ağız suyunda koronavirusun təsirsiz hala gətirilməsinin yolunu tapıblar.

Onların sözlərinə görə, çay 10 saniyə ağızda saxlanarsa, tüpürcək nümunəsində virus tapmaq mümkün olmur. Bunun səbəbi çayın tərkibində virus ətrafındakı zülalı (hansı ki, hüceyrəyə nüfuz etməsinə kömək edir) parçalaya bilən maddələrin olmasıdır.

O da bildirilir ki, içkinin effektivliyinə  onun temperaturu da təsir edir. Yüksək temperatur (çay isti olarsa) zülalı məhv edir və bununla da virusun daxil olmasının qarşısını alır.

Alimlər qeyd edirlər ki, çayda aşılayıcı maddələr, xüsusən də taninin var.  Bu, çox güclü denatuasiyaedici maddədir və virusların zülalını məhv edir. Çay nə qədər tünd olarsa virusun təsirsiz hala gətirilməsinin təsiri o qədər yüksək olur.

Bununla belə, mütəxəssislər çayın müvəqqəti neytrallaşdırıcı funksiya daşıdığını deyərək, koronavirusun müalicəsində istifadə edilə bilməyəcəyini vurğulayıblar.

Belə ki, çay az miqdarda zərərsiz olsa da, həddindən artıq istehlakı dehidrasiyaya (orqanizmin susuzlaşmasına) gətirir. Alimlərin sözlərinə görə, virusun quru toxumalara yapışması daha asandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir