tur

Tur şirkəti, yoxsa yeni dələduzluq forması?

Baxış sayı: 455

Yay gəldi, məzuniyyət verildi və artıq tətil vaxtıdır. Hara gedəcəyimizi qərarlaşdırdıq. Çemodanımızı da yığdıq və hazırıq. Qaldı getmək. Yolu həm sərfəli, həm də əyləncəli etmək lazımıdır. Tur şirkətlərinin xidmətlərindən yararlanmaq heç də pis fikir deyil. Bəs hansı şirkətə? Sosial şəbəkələrdə aktivlik göstərən bütün tur şirkətlərinə, təklif olunan tur paketlərinə güvənib, tətilə getmək olarmı?

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, yay tətili dönəmində – pik sezonda ənənəvi olaraq dələduzlar peyda olur: “Bu da ondan irəli gəlir ki, sosial şəbəkələrdə təhrif olunmuş qiymətlərlə müştərilərə paketlər təklif olunur. Müştərilər də bu qiymətlərə aldanaraq dələduzların tələsinə düşürlər. Bunun üçün yaxşı olardı ki, vətəndaşlar 15-20 dəqiqə vaxt ayıraraq axtarış edib, ofisi olan şirkətə müraciət etsinlər. Və aldıqları məhsul müqabilində səyahətlə bağlı ətraflı məlumat yer alan müqavilə tələb etsinlər”.

Ekspert onu da deyir ki, vətəndaşlar sosial şəbəkələrdəki tur şirkətlərinin həqiqiliyinə əmin olmadan ödəniş etməməlidirlər: “Bu günlərdə Şuşa turunun təşkili üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Hələ ki işğaldan azad olunmuş torpaqlara turist səfərlərində müəyyən qadağalar var. Vətəndaşlarımız bilsinlər ki, bu ərazilərə hələ ki turist səfərləri yoxdur”.

Ekspert işğaldan azad olunmuş ərazilərə yanlız yolumuzqarabaga.az portalı vasitəsilə gedə biləcəklərini də qeyd etdi.

turizm

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva isə bildirdi ki, tur şirkətləri lisenziyasız fəaliyyət göstərdikləri üçün dələduzluq halları artıb: “Dövlət Turizm Agentliyi tərəfindən yaradılacaq turizm reyestrində artıq turizm şirkətləri özləri haqqında məlumatları daxil etməyə məcbur olacaqlar ki, həmin reyestrdə məlumatları olan şirkətlər inanılan, etibar edilən turizm şirkəti olacaqlar. Vətəndaşlar reyestrdə adları olan turizm şirkətləri arasında özləri rahat seçim edə biləcəklər”.

Hara getməyinizdən asılı olmayaraq, sizə xoş istirahətlər arzulayırıq. Yolunuz açıq olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir