santorini

Turistlərin məhv etdiyi şəhərlər – FOTOLAR

Baxış sayı: 1. 331

Kütləvi turizm bir tərəfdən ölkələrə xeyir versə də, digər tərəfdən həmişə ziyanlı hesab edilib. Turistlərin parklara, milli və tarixi abidələrə vurduğu ziyanlar nəticəsində onlarla şəhərin baxımlı guşələri sıradan çıxıb.

“Gencaile.az” “Publika.az”-a istinadən bəzi ziyan çəkmiş şəhərləri təqdim edir:

1. Perunun Maku Pikçu şəhəri – vaxtilə hindulara məxsus olmuş bu mistik şəhər turist axınına dözə bilmir. Şəhərin nəinki mistikası, heç rəhbərliyi də turistlərin öhdəsindən gəlmir. Hər turist amulet əvəzi şəhərdən bir daş və ya əlinə keçən bərk maddəni özüylə aparır.

2. Hindistanın Caysalmer şəhəri – bu tarixi şəhərin infrastrukturu turist axını üçün nəzərdə tutulmayıb. Amma qədim Hindistanı görmək istəyən bura gəlir və yerli insanları sıxışdırıb çıxarırlar.

3. Meksikanın Kosumel adası – ilk dəfə bakirə təbiəti ilə diqqət çəkən bu ada sonralar turistlərin tapdağına çevrildi. İndi adanın əldəyməmiş görüntüsündən əsər-əlamət qalmayıb.

4. Meksikanın Teotiyakan şəhəri – qədim abidələrlə zəngindir. Lakin turist axını səbəbindən məşhur hipermarketlər düz tarixi dağıntıların arasında açılıb.

5. Yunanıstanın Santorini şəhəri – rəhbərlik gec də olsa hərəkətə keçərək turist sayını gündə 8000 müəyyənləşdirib. Əks təqdirdə şəhər böyük bir hotelə çevriləcəkdi.

6. Çinin Qrot Maqao şəhəri də tursitlərin sayını azaltmağa başlayıb. Kiçik kənd tipli şəhər turist səbəbindən gündəlik əmək qabiliyyəti ilə məşğul ola bilmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir