mataskilet

Turistlər üçün ən təhlükəli 10 şəhər…

Baxış sayı: 949

Yay mövsümü başlayar-başlamaz əksər insanlar istirahət üçün xəritədə maraqlı yerləri axtarırlar. Lakin bəzən məkanlar cəlbedici olsa da, oranın turistlər üçün necə təhlükəli olduğunu əksəriyyət bilmir. “Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən turistlər üçün ən təhlükəli 10 yeri təqdim edir:

 

1. Araşdırmalara görə, turistlər üçün ən təhlükəli yerlərdən biri Meksikanın sahil şəhəri Akapulkodur. Bu şəhərin mühafizə orqanları cinayətkarlara bacara bilmir. Demək olar ki, şəhərdə hər 100 min insandan 142-si cinayətin qurbanı olur.

2. Əfqanıstanın paytaxtı Kabildə daim terrorist hücumları olduğundan bura turistlər üçün çox təhlükəli yerdir.

3. İraq. Bu şəhər də daim terroristlərin diqqətində olduğundan dünyanın ən təhlükəli şəhəri hesab olunur.

4. Venesuelanın paytaxtı Karakas şəhəri də turistlər üçün təhlükəlidir. Çünki şəhərdə çoxlu sayda narkotik alverçiləri var. Nəticədə çoxlu sayda soyğunçuluq olduğundan bura gələn turistlər çətin vəziyyətdə qalır.

5. Rio de Janero. Ötən il olimpiya oyunlarına ev sahibliyi edən bu şəhərdə daim soyğunçular dolaşır. Xüsusən də azyaşlı uşaqlar turistləri soyur.

6. Pakistanın Karaçi şəhəri də zaman-zaman terrorçuların hücumların məruz qalır. Bu səbəbdən turistlər üçün ən təhlükəli yerlərdən biri hesab olunur.

7. Meksikanın Kiudad Xuarez şəhəri də narkotik istifadəçilərinin girdabında qaldığından təhlükəli məkan sayılır.

8. Keyp Tovn. Bu şəhər Güney Afrikanın ən təhlükəli yerlərindən biridir. Aclıq, cinayətkarlıq burada tüğyan etdiyindən turistlər üçün böyük təhlükə hesab olunur.

9. Guatemala. Bu şəhər də Orta Amerikada yerləşir. Guatemala da cinayətkarların tüğyan etdiyi şəhərdir.

10. San Pedro. Bu şəhər də dünyanın ən təhlükəli yerlərdən biri sayılır. Bir çox şirkətlər turistləri bu şəhərə getməmək üçün xəbərdarlıq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir