YAYLA SORBASI

Türk dovğası: yayla şorbası – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 841

Keçən həftənin bazar ertəsi olduğu kimi, bu gün də “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikası oxucularına əcnəbi ölkə mətbəxindən yemək təqdim edir. Ötən həftə İspaniya mətbəxinə müraciət etdiyimiz rubrikamızda bu dəfə Türkiyə mətbəxindən yayla şorbasının hazırlanma qaydasını təqdim edirik.

Bu şorba hər nə qədər dovğaya oxşasa da, tərkibində olan göyərtilərə görə dovğadan fərqlənir. Belə ki, yayla şorbasında şüyüd, keşniş yox quru nanədən istifadə edilir.

 

Tərkibi:

4 stəkan qatıq

5 stəkan su

1 ədəd yumurta

3 xörək qaşığı un

Stəkanın 4/1-i qədər düyü

3 xörək qaşığı kərə yağı

1 yemək qaşığı quru nanə (nanə nə qədər xırda olsa, o qədər yaxşıdır. Buna görə nanəni ovun)

Zövqə görə duz, istiot

 

Hazırlanması:

Qatıq, su, yumurta, un və düyünü eyni qaba töküb yaxşı qarışdırın. Daha sonra qarışığı yemək bişirmək üçün nəzərdə tutduğunuz qazana əlavə edib sobaya qoyun. Orta odda taxta qaşıqla dayanmadan qaynayana qədər qarışdırın, Düyünün bişdiyinə əmin olandan sonra qazanı oddan götürün. Ovulmuş nanəni, duz, istiotu əlavə edin.

Eyni zamanda dovğaya olduğu kimi bu şorbaya da istəyə görə noxud əlavə edə bilərsiniz. Bunun üçün noxud əvvəlcədən ayrı qabda bişirilməli və şoraba tam bişdikdən, bütün ərzaqlar əlavə edildikdən sonra qazana tökülməlidir.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir