goz

Tuş istifadə etmədən gözləri necə böyük göstərmək olar?

Baxış sayı: 1. 807

Tuşsuz kiprikləri həcmli, baxışları cəlbedici göstərməyin mümkün olmadığını düşünürsünüzsə yanılırsınız. Tuş istifadə etmədən də gözlərini iri göstərə, baxışlarını cəlbedici edə bilərsiniz. “Gencaile.az” “Foxy.az”-a istinadən tuşsuz da gözlərini böyük göstərməyin ipuclarını təqdim edir.

– Kiprik qatlayanlar kipriklərinizi daha uzun və həcmli göstərməyə yetər. Ona görə də makiyaj çantanəzda tuş əvəzinə belə kiprik şəkilləndirici olsa yaxşı olar. Amma diqqət edin ki, bu alət keyfiyyətli olsun. Əks halda kipriklərini qıra, zərər verə bilərsiniz.

– Nazik görünən kipriklərin üçün uzun müddətli eyeliner istifadə edə bilərsiniz. Bu kirpiklərinizi daha da həcmli göstərəcək. Əsmərlər üçün qara, sarışınlar və kürənlər üçün şokolad qəhvəsi rənglər kiprikləri daha çox önə çıxarmaqda kömək olur. Kiprik diblərini eyeliner çəkdikdən sonra onu bir qulaq çöpü ilə dağıtmaq lazımdır. Bu zaman baxışlara daha da cəlbedici görüntü bəxş etmək olar.

– Əgər gözlərinizin içi qırmızı və yorğunsa o zaman gözlərinizin içinə nude çalarlarında qələm çəkin. Bu gözlərinizdəki yorğunluq görüntüsünü azaldaraq onu daha da böyük göstərəcək.

– Kipriklərinizin və qələminizin rəngi ilə kontrast yaradaraq gözlərinizi böyük göstərə bilərsiniz.

– Gündüz vaxtları kipriklərinizi uzun göstərmək və gözlərinizi önə çıxarmaq üçün kiprik diblərinə mat tünd rəngli göz kölgəsi istifadə edə bilərsniz. Eyni zamanda kipriklərinizi kiprik şəkilləndirən alətlə şəkilləndirdikdən sonra tuşa ehtiyac olmadan kipriklərinizə qidalandırıcı kiprik tuşları çəkə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir