tut murebbesi

Tut mürəbbəsini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 183

Yay fəsili üçün xarakterik olan meyvələrdən olan tutun özü qədər mürəbbəsi də ləziz olur. Məhz bu səbəbdən yay mövsümündə tut mürəbbəsi hazırlanmasına üstünlük verilir. Beləliklə, bu dəfə “Yeməyə nə var?” rubrikasında tut mürəbbəsinin hazırlanma qaydasından bəhs edəcəyik.

 

Tut mürəbbəsinin tərkibi:

1 kq tut, 900 qr şəkər tozu, 1 ədəd limon suyu

 

Hazırlanma qaydası:

Tutu təmizləyib yuyuruq. Sonra üzərinə şəkər tozunu əlavə edib 1 gün kənarda saxlayırıq. Suyunu buraxdıqdan sonra zəif odda şəkər tozu tam əriyənə qədər qaynadırıq. Daha sonra kənara qoyub soyuyana qədər gözləyirik. Yenidən 10 dəqiqə ərzində bişiririk. Üzərinə yığılmış köpükləri yığırıq və bişib qurtarana yaxın limon suyunu əlavə edirik. Yenidən kənara qoyub soyuduruq və tam soyuyandan sonra 2-3 dəqiqə qaynadıb, mürəbbəni sterilizasiya edilmiş bankalara yığıb bağlayırıq.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir