TEBIET

Uçan boşqab, xərçəngin dərmanı – Gizlədilən 10 SİRR – VİDEO

Baxış sayı: 1. 611

Təsəvvür edin ki, xərçəngin dərmanı tapılıb, yaxud kənd təsərrüfatına böyük zərər verən zamansız yağışların qarşısını almaq üçün yeni texnologiya kəşf olunub. Yəqin ki, buna heç kim inanmaz. Lakin bəşəriyyətin inkişafı, insanların daha rahat yaşaması, daha uzun ömürlü olması üçün indiyə qədər bir çox kəşflər olub. Bəs, bu kəşflər hardadır?

“Gencaile.az” xarici mediaya istinadən xəbər ki, indiyə qədər insan üçün xeyirli olan bir çox kəşflər gizlədilir.

Bunun başlıca səbəbi puldur. Çünki yeni texnologiyalar kəşf olunarkən, köhnə texnologiyaya ehtiyac qalmır. Bu isə köhnə texnologiyalardan milyardlar qazananlara sərf etmir. Yaxud xərçəng xəstələrinə verilən kimyəvi pereparatlardan milyardlarla dollar qazanan dərman baronları üçün bu xəstəliyin dərmanının tapılması böyük maliyyə itkisidir. Məhz insan üzərindən pullar qazananlar yeni texnologiyaları bəşəriyyətdən “oğurlayır”.

Bəşəriyyətdən gizlədilən 10 texnologiya:

1. Təhlükəsiz siqaret

2. Yanacağın yeni növü

3. Xərçəngin dərmanı

4. Qənaətcil avtomobil

5. Uçan boşqab

6. Nasistlərin texnologiyaları

7. İstilik sintezinin quraşdırılması

8. Yağışın idarə olunması

9. Elektrik əsəb stimulyasiyasının aparatı

10. Tükənməz enerji mənbəyi

Bu kəşflərin bir neçəsinin təsnifatını aparmaq onların gizlədilməsinin səbəblərini də aydınlaşdırır. Misal üçün, təhlükəsiz siqaretlərin bəşəriyyətə təqdim olunması tütün biznesinə, bir sözlə siqaret mafiyasına sərf etmir. Yaxud yanacağın yeni növü ənənəvi yanacağa təlabatı azaldır ki, burada da yanacaq biznesi itkilərlə üzləşir. Qənaətcil avtomobillər isə hazırda dünya avtomobil bazarında brend olan markaların iqtisadi maraqlarına ziddir. Bu baxımdan, onlar yeniliklərə qarşı çxırlar. Hətta ehtimalar var ki, böyük şirkətlər yeni kəşflərin patentini pulla alaraq, onları ya gizlədir, ya da məhv edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir