isde ugur

Uğur əldə edən insanların 11 fərqi

Baxış sayı: 146

Uğur əldə etmiş insanlara hamımız qibtə edir və onların bu nəticələrindən ilham alırıq. Metodlarını və irəlilədikləri yollarla maraqlanır, onları araşdırır və tətbiq etməyə çalışırıq. Uzun müddət boyunca edilən araşdırmalar, uğurlu insanların bir çox ortaq özəlliyinin olduğunu, doğru hədəflər müəyyən edə bilmək və doğru addımlar ata bilmək üçün istifadə etdikləri üsulların bir-birinə çox bənzədiyini aşkara çıxarmışdır.

Sizin də potensialınızın fərqinə varıb, öz uğur hekayənizi yaza bilməyiniz üçün uğurlu insanların tətbiq etdiyi üsulları bir yerə topladıq.

 

1. Qərarlı olmaq və cəld hərəkətə keçmək

Təəssüf ki, bir çox insan xəyalını qurduğu uğur hekayələrini yaşaya bilmir. Bunun ən vacib səbəblərindən biri heç hərəkətə keçməməkləridir. Bilik tək başına sizi inkişaf etdirə bilməz. Sizi əsl inkişaf etdirən bu biliyin sizə nə qatdığını və həyatınızı nə şəkildə dəyişdirəcəyini görməkdir. Bir şeyi bilməklə onu necə edəcəyinizi bilmək arasında böyük fərq var. Hərəkətə keçmədiyiniz müddətcə, bilgi də, zəka da hədəflərinizə çatmağınıza kömək etməz.
qerarli
2. Məşğul yox, fəaliyyətdə olmaq


Uğuru gətirən şüursuz çox çalışmaq deyil, ağılla çalışmaqdır. Çünki çox çalışmaq, ya da davamlı bir şeylərlə məşğul olmaq daha yaxşı işlər görmək mənasını vermir. Vacib olan dolu bir günə sahib olmaq deyil, günü daha səmərəli çalışa biləcəyiniz şəkildə tənzimləməkdir.

Çarə sakitləşməkdən keçir. Nəfəs alıb vacib olan işləri gözdən keçirin. Təcili və vacib şeyləri ilk sıralara qoyun. Hərəkətə keçin və eyni zamanda birdən çox işlə məşğul olmayın. Fasilələr edin.
fealiyyet
3. Məntiqli qərar almaq
Uzun müddətli hədəflər təyin edərkən, duyğularla hərəkət etmək sizi yanlış istiqamətə yönləndirə bilər. Duyğulara söykənərək alınan qərarlar, ümumilikdə minimum sahədə şüurlu düşüncəni əhatə edir və hislərlə şəkilləndirilir.
Duyğularınızın məntiqinizin önünə keçməsinə icazə verməyin. Həyatınızı dəyişdirəcək qərarlar almadan öncə lazımi bütün bilgiləri əldə edin və sahib olduğunuz bütün ehtimalları dəyərləndirin.
mentiqli

4. Hər zaman mükəmmələ qaçmamaq

Çoxumuz belə deyilik. Özümüz üçün ən yaxşısını istəyir, ən yüksək hədəflər qoyuruq. Öz standartlarımızın üstünə çıxmağa çalışırıq. Bu mükəmməl olmaq səyi bizi dinləmədən, durmadan qaçmağa məcbur edər.

Mükəmməl olmaq hissi çox vaxt hədəflərinizə çatmağınıza səbəb olsa da, çox da doğru bir istiqamət deyil. Belə şəxslər hədəflərinə çatmadıqda, ya da uğursuz olduqda bunu qəbul etməkləri hədsiz çətin olur. Təkrar hərəkətə keçmək üçün lazımi gücü özlərində tapa bilmirlər və bu üstlərində daha çox təzyiq yaradır.

Nəticə əldə edənlərin mükəmmələ qaçanların yox, işlərini bitirənlərin olduğunu ağlınızdan çıxarmayın. Təmkinli olun, təcrübələriniz sizə yavaş-yavaş mükəmməlliyi gətirəcəkdir. Bu müddət içərisində özünüzü inkişaf etdirə bilmək üçün qərar verin, tətbiq edin və nəticələrdən dərs alın.
perfect
5. Komfort zonanızdan uzaqda işləmək

 
Ağıllı insanların hərəkətə keçmələrinə əngəl olan şey çox zaman qarşılarına çıxan fürsətləri, kifayət qədər bilik, bacarıq ya da təcrübəyə sahib olmadıqlarını düşünərək imtina etmələridir. Bu davranış şəxsi uğuru və inkişafı bloklayır.

Həqiqət budur ki, heç kim qarşısına çıxan fürsətlər üçün öncədən hazır deyil və fürsətləri dəyərləndirsək, duyğusal və intellektual olaraq irəli gedərik. Özümüzü inkişaf etdirmək hissi bizi komfort zonamızdan bayıra addım atmağa sövq etməlidir.

İnkişaf və uğur üçün qarşınıza həyatınız boyunca fürsətlər çıxacaq. Əgər müsbət dəyişikliklər istəyirsinizsə, bu fürsətləri hazırlıqsız hiss etsəniz də dəyərləndirin.
konfort zona

6. İşləri bəsitləşdirmək

Leonardo da Vinçinin fikrincə məmnun etməyin və qalmağın yolu sadəlikdən keçir. Bu fikrə qatılmamaq mükün deyil. Sonsuz fürsətlər olduğu və hər şeyin saniyələr içində dəyişdiyi bu günümüzdə həyatımız üçün almağımız lazım olan saysız qərar var. Bu qədər çox seçimin olması çox zaman qarışıqlığa yol açır.

Seçimin artması qərar verməyi çətinləşdirir və seçimlər arasında itən şüurumuz artıq bundan imtina edir.

Çarə sadələşməkdədir. Həyatınızla əlaqəli vacib bir qərar alacaqsınızsa, vaxtınızı hər variantın ən bəsit detalına qədər listə düzməklə xərcləməyin. İşə yarayacağını düşündüyünüz bir şeyi seçin və tətbiqə keçin. Əgər işə yaramırsa, bunu bir təcrübə olaraq qəbul edin və başqa istiqamətə yönəlin.

Hand drawing a concept about the importance of finding the shortest way to move from point A to point B, or finding a simple solution to a problem.

7. Kiçik və davamlı inkişafa fokuslanmaq


Henri Fordun “Heç bir şey çətin deyil, yetər ki, kiçik hissələrə bölək” fəlsəfəsi hədəflərinizə çata bilmək üçün tətbiq etməyiniz lazım olan metodun özüdür. Kiçik, lakin əmin addımlarla irəliləmək sizi çatmaq istədiyiniz hədəfə ən sürətli şəkildə yaxınlaşdıracaqdır.

Hədəfiniz yolunda kiçik addımlar ataraq başlamaq hər zaman daha asandır. Bir yerdən başlamaq sizə üst-üstə toplanaraq çoxalan bir inkişaf göstərməyinizi təmin edəcək.

Bir yerdən başlayın, proqramlı olun və qarşınıza çıxa biləcək problemlərə qarşı hazır olun. İrəliləyib gücləndikcə daha böyük maneələri aşa biləcək hala gələcəksiniz.
ireli

8.İrəliləyişi izləmək


Uğurlu insanlar, müəyyən zaman aralığında irəliləyişi ölçürlər. Olduqları yeri çatmaq istədikləri ilə qarşılaşdırıb, hansı səmtə ağırlıq vermələri, ya da harada sürətlənmələrinin lazım olduğunu müəyyən edirlər. Əgər ölçə bilmirsinizsə, idarə də edə bilməyəcəksiniz.

Doğrusu budur ki, 1 nömrəli hədəfinizin ardınca getməli və sizi bu yolda irəlilədəcək şeylərə fokuslanmalı, həftəlik ya da aylıq inkişafınızı bir cədvəl halında sıralamalı və atdığınız addımların sizi nə qədər irəliyə apardığını görə bilməlisiniz.

Closeup image of notepad with pen.

9. Səhvlərdən dərs almaq
Stəkana dolu tərəfindən baxmaq, uğurlu insanların digər bir ortaq cəhətidir. Çünki böyüməyi təmin edən  pozitiv olmaqdır. Həyat sizi təkrar-təkrar test edəcək. Uğur əldə etmək istəyirsinizsə, həyata qarşı müsbət enerjili olun.

Etdiyiniz hər səhvin sizi əslində inkişaf etdirdiyini ağlınızdan çıxarmayın. Xətalar sizə vacib dərslər öyrədir və onlardan dərs aldığınızda hədəfinizə bir addım daha yaxınlaşdırır.

Əslində edə biləcəyiniz tək yanlış, hərəkət etmə qorxusu ilə hərəkətə keçməməkdir. Özünüzdən şübhə etməyin və mənfi düşüncələrin sizə mane olmasına icazə verməyin.
sehv

10. Doğru insanlarla vaxt keçirmək

Uğurlu insanlar, bənzər dünyagörüşlü, hədəflərinə fokuslanmış və dəstək olan insanlarla iş birliyi edirlər.

Sosiallaşmağı seçən insanlar, öz enerjiləri ilə olduqları mühitə mütləq nəsə qatırlar. İrəliləyə bilmək üçün özlərinə ilham verən şəxslərlə vaxt keçirirlər.

Sizin kim olduğunuzu, dostlarınız və birlikdə zaman sərf etdiyiniz insanlar göstərir. Yanlış insanlara görə vaxtınızı itirməyin.
dost
11. Balanslı bir həyat sürmək
Həyatdan gözləntilərimiz bir-birinə bənzəyir; eşq, pul, xoşbəxt bir ailə… Ancaq həyatımızı bu hədəflərə çata biləcək şəkildə yaşamırıq. İstədiklərimizin hamısına çatmaq yerinə bir ikisini əldə etdikdən sonra digərlərini gözdən çıxarırıq. Əsl məqsədimiz xoşbəxt bir ailə sahibi olmaqdırsa, milyon dollar bizə bunu gətirməz. Eyni şəkildə xoşbəxt olmadığımız müddətcə uğurlu sayılmarıq.

Əgər bütün enerjinizi həyatınızın sadəcə tək bir sahəsinə sərf etsəniz, balansınızı itirərsiniz. Motivasiya və fokuslanmaq qədər, balanslı bir həyat sürmək də uğur və xoşbəxtlik üçün lazımlıdır.
balansli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir