isde ugur

Uğur qazanmağın və varlanmağın 13 prinsipi

Baxış sayı: 161

1) Arzu və məqsəd

Bu, bütün kapitalların qazanılmasının istinad nöqtəsidir. Əgər nəyisə güclü şəkildə arzulamasan, ona doğru gedə bilməyəcəksən.

Siz pul qazanmaq istəyirsiniz? Onda bu məsləhətlər sizə kömək edəcək:

– İlk öncə qərar verin ki, hansı məbləğ sizi qane edir. “Mən çox pul istəyirəm” kəlamı sizə kömək etməyəcək. Rəqəm çox vacibdir.

– Özünüzə düzünü deyin, varlı olanda nədən imtina edəcəksiniz.

– Qərarlaşdırın, bu pulu hansı müddətə kimi əldə edəcəksiniz.

– Var-dövlətə doğru necə addımlayacağınız barədə konkret plan hazırlayın.

– Öncə söylənilənlərin hamısını – sizə nə qədər pul lazımdır, nədən imtina edəcəksiniz, hansı müddətə pulları qazanacaqsınız, məqsədinizə görə hansı plan üzrə addımlayacaqsınız, bunların hamısını yazın.

– Hər gecə yatmamışdan öncə planınızı ucadan oxuyun! Hiss edin və inanın ki, həmin pulları artıq qazanmısınız.

 

2) İnam

Siz arzularınızın reallaşacağına nə qədər çox inansanız onları daha rahat reallaşdıra biləcəksiniz.

 

3) Özünətəlqinetmə

Özüntəlqinetmə hisslər vasitəsilə şüurun oyanmasıdır. Bu, bir növ, özlüyündə şüurla təftəlşüurun əlaqəsini idarə edən mərkəz funksiyasını daşıyır. Yəni, özünətəlqinetmənin köməyi ilə fərd öz istəyi ilə arzuolunan fikirləri şüurundan təftəlşüuruna ötürə bilir.

Öz arzularını möhkəm şəkildə gündə heç olmasa 2 dəfə təkrarlamaq həmin arzuların təftəlşüurda möhkəmlənməsinə imkan yaradır.

 

4) Xüsusi bilglər

Sizin dəqiq və qısa planınız olmalıdır ki, bu plan vasitəsilə öz məqsədinizə doğru gedə biləsiniz. Və addımlarınızı da bu plan uzrə atmalısınız.

Və mütləq də, sizə pul gətirəcək iş barədə həddən artıq məlumatlı olmalısınız. Təsadüfi deyil ki, belə bir deyim var, “informasiyalıdır, deməli silahlıdır”.

 

5) Xəyal qurmaq

Albert Eynşteyn deyib: “Xəyal qurmaq – hər şeydir. Bu, qarşıdakı hadisələrin nümayişidir”. Bütün böyük rəssamlar, musiqiçilər, ədiblər, biznes adamları öz xəyallarında özlərini dahi obrazda görüblər. Arzulamaq zərərli deyil, əksinə, faydalıdır. Hər bir var-dövlət fkirdən yaranır, fikirlər isə xəyala söykənirlər. Xəyallar insanın məqsəd enerjisidir. Xəyal qura bilməmək bir çox uğursuzluğun əsas səbəbidir.

 

6) Planlaşdırma

Başa düşməlisiniz ki, siz, sizinçün olduqca böyük əhəmiyyət daşıyan bir  işlə məşğulsunuz. Və buna görə də mütləq şəkildə sizin hərəkət planınız olmalıdır. Arzu olunur ki, bu plan addımbaaddım hesablanmış plan olsun. Təbii ki, siz təkbaşına hər şeyi bilmədiyinizdən, planı da tək hazırlaya bilməzsiniz. Odur ki, sizdən üstün başqa insanların təhsilini, təcrübəsini, bacarığını, xüsusiyyətlərini mütləq öz işinizə cəlb etməlisiniz.

 

7) Qərar

Liderlər öz qərarlarını dərhal və yaxud çox gec vermələrindən asılı olmayaraq heç zaman dəyişmirlər. Odur ki, qərar qəbul edəndə “amma”sız qərar qəbul edin!

 

8) İnadkarlıq

Mütləq inadkar olmalısınız. Məqsədi reallaşdırmaq üçün inadkarlıq çox vacib faktordur. İradənin gücü, fundamenti inadkarlıqdan ibarətdir.

Özündə inadkarlıq xüsusiyyəti yetişdirmək üçün sizə heç də böyük beyin, Oksford təhsili və olduqca böyük zaman da lazım deyil, bunun fərqinə varın.

 

9) Beyin mərkəzi

Siz heç vaxt hər şeyi bilə bilməzsiniz, ona görə də sizə lazım olan informasiyanı bilən insanlar sizə çox vacibdir. Bu, sizin həm də kreativ ideyalarla təchiz olunmanıza bir vasitədir.

İnsan ağlı özlüyündə ruhi enerji formasındadır. İki intellektin işi harmonik şəkildə koordinə olunursa, onda bu iş onların psixiki enerjisinin vəhdəti fazasına daxil olur. Beyin mərkəzinin iş prinsipinin psixiki aspekti də məhz bundan ibarətdir.

 

10) Seksual istəklərin transferi

Sirr deyil ki, seks – ən güclü insan arzusudur. Mütləq bu arzunu digər produktiv fəaliyyətə transfer etmək lazımdır. Seksual enerjini dəyişdirib öz məqsədinə çatmana yönəltmək vacib şərtdir. Kreativlik, cəsarət, qətiyyət – bütün bu xüsusiyyətlər bizdə həm sekslə məşğul olanda olur, həm də bir şeyi şiddətlə arzulayanda. Pul toplamaq, böyük kapitala malik olmaq – bax bu, bizim ən şiddətli arzularımızın əsas obyektidir.

 

11) Təftəlşüur

Bu 11-ci addım birbaşa 3-cü addım ilə bağlıdır. Dünyada hər il daha çox insan bu addımdan istifadə edir. Öz şüuruna və təftəlşüuruna nəzarət edə bilmək çox vacibdir və olduqca vacibdir ki, pozitiv düşünəsən, özünü yaxşı şeylərə proqramlaşdırasan.

Təftəlşüur şüurun əsasında fəaliyyət göstərir. Yəni ki, şüurumuz səviyyəsinə yüksəlmiş fikir orada qeyd edilməklə, fiksə edilməklə təftəlşüura yazılır. Şüurumuzda isə hər bir fikir yox, yalnız ən dominant fikirlər qeyd edilə bilir.

Təftəlşüur həmişə hərəkətdədir. Əgər siz onu pozitiv fikirlərlə yükləmirsinizsə, onda o, mütləq özünə neqativləri toplayacaq, bunlar da sonradan sizinçün baş ağrısına çevriləcək.

Mexanizm bax bu cür sadədir.

 

12) Beyin

Beyin on trillion xırda hüceyrədən ibarətdir ki, bunların da hamısı sizə uğur qazanmaq, pul əldə etmək üçün xidmət etməlidir. Ona  görə də, beyini səmərəli və effektiv işlətməyi bacarmaq lazımdır.

Nə qədər ki, sənin beynin anlayır və inanır, sən hər şeyə çata biləcəksən!

 

13) Altıncı hissiyyat

Bu, özünə inanmağın çox unikal imkanıdır. Çox vaxt olur ki, beyninizə çox gözəl bir fikir, ideya gəlir, ancaq bir saniyə sonra siz onu unudursunuz. Amma “altıncı hissiyyat” bax bu fikirləri, ideyaları yadda saxlayıb sonradan həyata keçirməyə imkan yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir