biznes

Uğurlu biznesmenlərə analarının verdiyi 11 əvəzolunmaz dərs

Baxış sayı: 1. 133

Ən yaxşısını analar bilir. Bəzi sahibkarlar həyatlarını kitablar sayəsində qurduqlarını desələr də, şübhəsiz ki, bu günə gəlib çatmaqlarında analarının rolu çox böyükdür. Çünki, analarımız bizim kiçikliyimizdən bu yana  gələcəyimizin yaxşı olmağı üçün çalışırlar. Biz də onların etimadını doğrultmağa çalışırıq. Bütün anaların analar günü mübarək olsun!

1) Sürətli və effektiv düşün. (Richard Branson)

Virgin Groupun sahibi Richard Branson, çevik olmağı anasının verdiyi kiçik bir dərslə öyrənib. Belə ki, anası onu yolun kənarında qoyaraq evin yolunu özü tapsın deyə cəzalandırıb və o zaman Richard 4 yaşında idi. Ərköyün olmağımı deyil, öz ayaqlarım üzərində durmağımı istəyirdi.

 

2) Hisslərinə güvən (Sarah Kauss)

Su şüşəsi dizaynı ilə məşhurlaşan Swellin yaradıcısı Sarah Kaus, anasının ona həyatdan nə istədiyini sorusduğu andan etibarən öncəki işindən imtina edib. Kaus anasına  öz hazırladığı təkrar isifadəyə yararlı və gözoxşayan dizaynı olan su şüşəsini göstərdiyi zaman anası onu bu işə cəsarətləndirərək dəstək olmuşdu.

3) Çox çalışmağa davam et (Elon Musk)

Elon Muskın anası Maye, Elonu hər çətinliyə sinə gərəcək şəkildə böyütmüşdür. Vanity Fairdə model və qida mütəxəssisi olan Maye belə deyir:

Çox çalışmalı olduqlarını və nə qədər çox çalışsalar, bir o qədər də güclü və şanslı olacaqlarını bilərək böyüdülər.

 

4) Məsuliyyətli ol (Daymond John)

Geyim şirkəti FUBU-da CEO olan Daymond John, məsuliyyətli olmağı və öz səhvlərindən nəticə çıxararaq dərs almağı anasından öyrəndiyini deyir. Məsələn, 7-ci sinifə keçə bimədiyi üçün anası onu cəzalandırmaq üçün bütün yaz boyu onunla məşğul olması üçün bir dayə tutmuşdu.


5) Arzularının ardınca get. (Mark Zuckerberg)

Facebook yaradıcısı Mark Zuckerberg  rəqəmləri çox sevirdi. Ona görə də Mark 10 yaşında olarkən anası ona Atari 800 vasitəsi ilə kodlaşdırmağı öyrətdi.

Ailəmiz verdiyimiz bütün qərarlarda bizə dəstək olurdu. Sadəcə əlimizdən gələnin ən yaxşısını etməyimizi istəyirdilər.

 

6) Pul qazanmağın minlərlə yolu var. (Ben Chestnut)

Mailchimo yaradıcısı Ben Chestnut, anasının “daha artıq pul qazanmaq üçün nə edə biləcəyinə” dair həmişə  alternativ planları olduğunu deyir. Bura, bağçasındakı gülləri satmaq belə daxil idi.

7) Hər zaman daha artığını etmək üçün vaxt var. (Angela Ahrendts)

Apple-ın vitse-prezidenti Angela Ahrendts, hər zaman son bir mail göndərmək şansının olduğunu anasından  öyrənmişdir. Ahrendts anası haqqında belə deyir:

Anam, bir gün ərzində və ya bir ömür boyu nə qədər çox iş görə biləcəyimizi bizə öyrətdi. Nə qədər çox çalışsaq, bir o qədər də bəhrəsini görəcəyimizi deyirdi.

 

8) Pulunu zövqlə xərclə. (Alexo Von Tobel)

LearnVest yaradıcısı Alexo Von Tobel anasından, pulları lazımlı şeylərə xərcləməyi öyrənib. Tobel, anasının çox bahalı olmayan markalardan alış-veriş etdiyini ancaq ailəsini görmək üçün Avropa səyahətlərinə artıqlamasıyla pul xərclədiyini söyləyir.

9) Eyni anda bir neçə işi görmək şişirdilmiş bir şeydir. (Arianna Huffington)

Özü də ana olan HuffPostun yaradıcı ortağı Arianna Huffington, anasından bir işi həll etmək üçün  konsantrasiyanın nə qədər önəmli olduğunu öyrənib.

Anam, həyatda tələsməyin sadəcə bir işə özünüzü tam verdiyiniz zaman ala biləcəyiniz hədiyyələri qaçırmaq üçün bir yol olduğunu deyirdi.

 

10) Yaxşı düşün. (Barbara Corcoran)

Əmlak bazarında önəmli şəxslərdən biri olan Barbara Corcoran, anasının onları heç bir zaman tənqid etmədiyini söyləyir.

Anam bizi yalnız gördüyümüz işlərə görə tərifləyirdi. Bu bizə özümüzə qarşı pozitiv olmağı öyrətdi.

 

11) Gülümsə. (Paul Spiegelman)

Əvvəllər Ceo olan Paul Spiegelman, anasının ona pozitiv olmağı öyrətdiyini deyir.

Mən, əvvəllər olduqca ciddi bir uşaq idim. Anam həmişə mənə gülümsəməyi xatırladırdı. İndi isə “İş həyatında gülümsəmək” mövzusunda iki kitabın müəllifiyəm.

 

“1lady.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir