is gorusmesi

Uğurlu iş həyatı üçün 30 yaşına qədər qazanılmalı 10 təcrübə

Baxış sayı: 774

İş həyatınızda təlim keçməklə əldə edə bilməyəcəyiniz ən vacib nüanslardan biri təcrübədir ki, insanlar adətən onu illər ərzində bir və ya bir neçə sektorda, fərqli vəzifələrdə çalışmaqla qazanır. Təcrübə təkcə işləməklə əldə edilmir. Müvəffəqiyyət əldə etmək üçün saysız-hesabsız təcrübələr yaşanmalıdır və bunlar həm şəxsi, həm də iş həyatı üçün böyük əhəmiyyət daşıyır.

 

TƏBİƏTİ, İNSANLARI VƏ ÖZÜMÜZÜ DAHA YAXŞI BAŞA DÜŞMƏK ÜÇÜN: SOSİAL MƏSULİYYƏT

Sosial məsuliyyət elə bir aləmdir ki, sizə dünyanı dəyişdirmək imkanı verdiyi zamanda həm də sizin dəyişməyinizə səbəb olur.  Sosial məsuliyyət layihələri sayəsində dünyanın əslində nə qədər kiçik olduğunu görə bilərsiniz. Vaxt keçdikcə hadisələrə baxışınızın dəyişdiyini, perspektivinizin genişləndiyini və digər insanları daha yaxşı anlaya bildiyinizi – özünüzü onların yerinə qoya bilməyi bacardığınızı görürsünüz.

KİÇİKDƏN BÖYÜYƏ MENTORLUQ (REVERSE MENTORİNG)

“Reverse Mentoring” birləşməsini bizim dilə “Tərsinə mentorluq” kimi tərcümə etmək olar, amma izahı ondan ibarətdir ki, ənənəvi mentorluqdan fərqli olaraq, bu zaman yaşca böyük olan gənc birinə deyil, əksinə gənc biri yaşlı insana mentorluq edir.

Gənclər açıq fikirlidir, gələcək texnologiyalara daha asanlıqla uyğunlaşa bilirlər. Ən yeni texnologiyalar çağında dünyaya gələn yeni nəsil nəinki daha sürətli məlumat əldə edir, həm də hansı məlumatın daha faydalı olduğunu və istədiyi məlumatı, harada və necə daha asanlıqla tapa biləcəyini bilir. Kiçikdən böyüyə mentorluğun başqa bir faydası müxtəlif nəsillərdən olan insanları bir-birinə yaxınlaşdırmasıdır. Əks mentorluq “biz” və “onlar” anlayışlaşını ləğv edərək nəsillər arası ədavəti aradan qaldırır, qarşılıqlı ünsiyyət qurmağa imkan verir.

 

GEDƏN CİSMİMDİR, RUHUM SİZİNLƏDİR

Bir miras buraxa bilmək, ölümdən sonra yadda qalmaq, idealist insanların ən çox istədiyi şeylərdən biridir. Bir çox müvəffəqiyyətli insan dünyada özlərinindən sonra iz qoymağa müəssər olub. Fiziki varlığınız bitmiş olsa belə dünyaya, insanlığa, ailənizə, nəvələrinizə nələrisə miras qoya bilmək, haqqında düşünməyə dəyər bir mövzudur.

RƏQİBİNİZLƏ İŞ GÖRMƏK O QƏDƏR DƏ QORXULU DEYİL

Rəqibləriniz ilə eyni hədəf auditoriya uğrunda mübarizə aparsanız da, onlarla birlikdə işləməkdən qaçmamalı və onların varlığını qəbul etməlisiniz. Rəqibləriniz yaşlarına, cinslərinə və fikirlərinə görə problemlərə sizdən daha fərqli yanaşa bilərlər. Onlara yuxarıdan aşağı baxmaq, xor görmək və ya hörmətsizlik etmək peşəkarlığa zidd bir davranışdır.Onların fikirlərindən, perspektivlərindən və təcrübələrindən faydalanın.

 

İş həyatınızın bütün pillələrində işçilərlə yaxşı zaman keçirin

Three Persons Sitting on the Stairs Talking With Each Other

Ünsiyyət bizi digər bütün canlılardan fərqləndirən və üstün edən ən vacib xüsusiyyətlərdən biridir. Ünsiyyət hər şeydən əvvəl insani bir ehtiyac və təcrübədir.

Səlahiyyətlərindən və vəzifələrindən asılı olmayaraq bir təşkilatda çalışan bütün əməkdaşları müşahidə etməkdə fayda var. Onların hadisələrə baxış və münasibətlərini, yaşam tərzləri və davranışlarını anlamaq, sizin şirkətlə bağlı gələcək hədəfləriniz baxımından əhəmiyyətlidir və əvəzsiz təcrübədir.

 

Hər zaman bir B planınız olsun: İkinci bir karyera qurun

Sadəcə bir karyera ilə məşğul olmağın müsbət tərəfləri kimi, mənfi cəhətləri də vardır. Bunlardan ən vacibi isə tükənmişlik sindromudur. Yəni özünüzü tez-tez tükənmiş hiss etdikdə, işdə nə edəcəyinizi bilmirsiniz, bu isə sizi mənəvi cəhətdən də yorur. İkinci karyeraya başlamaq bu zaman sizə yeni nəfəs gətirə bilər. İki fərqli sahə arasında əlaqə qurub, işinizə daha da yaradıcılıq qata bilərsiniz. İkinci karyeraya sahib olmaq həm də əsas işinizə təsəvvür belə etmədiyiniz qədər töhfə verəcəkdir. Sizi maraqlandıran sahələrin izinə düşün, bu həyatınıza daha çox məmnuniyyət gətirəcək.

 

Əvvəllər uğursuz olduğunuz bir işə yenidən cəhd edin

Two Women Looking And Pointing At Macbook Laptop

Uğursuzluq anidir, bir dəfəlik nəticədir, əbədi deyil. Uğursuzluq müvəqqəti, keçici bir haldır. Dəyişə bilməyən və ya dəyişməyəcək bir yaşam tərzi deyil.  Uğur qazanmaq istəyirsinizsə, yıxılmaqdan qorxmamalı və sonuna qədər qətiyyətli olmalısınız. Daxilinizə nəzər salan, nə vaxtsa, “yoruldum”, “alınmadı”, “hələ vaxtı deyil”, “bacarmıram” deyib imtina etdiyiniz hər şeyi yada salın. O vaxt alınmaya bilərdi, bəs indi?

 

Professional dəstək alın, özünüzə kənardan baxmağı öyrənin 

“Bu işdə uğur qazanacağam”, “müvəffəqiyyətli olacağam”, “bu şirkəti mən idarə edəcəyəm”, “yaxşı rəhbər olacağam” kimi konkret hədəflər daha güclü hazırlıq, strategiya və peşəkar dəstək tələb edir. Həyatınızın müxtəli sahələri ilə bağlı peşəkar treyner, kouç və ya mentora müracitə edin. Bu gün karyera, şəxsi həyat, şəxsi inkişaf, menecment, zamanın idarə edilməsi və ya şirkətin idrəedilməsi kimi ən fərqli sahələrdə kouçinq xidməti göstərən insanlar vardır. Bu sizə özünüzə kənardan baxmağa imkan verəcək, hadisələri daha yaxşı nəzarətdə saxlayacaqsınız.

 

YAXŞI OLDUĞUNUZ BİR SAHƏDƏ BİLİKLƏRİNİZİ PAYLAŞIN

Group oO People Having A Meeting

Peşəkar olduğunuz bir sahədə illərin təcrübəsi sayəsində əldə etdiyiniz bilikləri müəyyən bir tədris formasına salaraq insanlar ilə paylaşın. Tədris etmək bilik məsuliyyəti tələb edir. Bu zaman siz həmin sahədə nəyi bilib, nəyi bilmədiyinizi daha yaxşı araşdırır və zəif tərəfləriniz üzərində işləməli olursunuz. Həmçinin bu sizə məlumatların ötürülməsi, məlumatların axını, tədrisi ilə bağlı yeni vərdişlər və səriştələr qazanmağa imkan verir.

 

Beynəlxalq netvörkinq – sərhədləri aşan işgüzar əlaqələr qurun

Yeni yaranan biznes və ortaqlıqların 70%-nin netvörkinq sayəsində yarandığını nəzərə alsaq, yəqin ki, netvökinqin nə qədər əhəmiyyətli olduğunu müzakirə etməyə dəyməz. Hər birimizin sosial çevrəsi tanıdığımız və işlədiyimiz insanlar ilə məhdudlaşır. Dünyaya nəzər salsaq görərik ki, dünya bu kiçik çevrələrin biri-biri ilə əlaqələndiyi böyük bir şəbəkədir. Bu şəbəkədən yararlanmaq üçün sadəcə öz sosial mühitiniz, öz çevrəniz və ölkəniz ilə kifayələnməməli, sərhədləri aşmalı, dünyaya açılmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir