ukrayna salati

Ukrayna salatını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 012

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza Ukrayna salatının hazırlanma qaydasını təqdim edirik.

 

İçindəkilər

200 qr. qırmızı lobya

1 baş qırmızı soğan

2 badımcan

Cəfəri

Duz

İstiot

Qızartmaq üçün Zeytun yağı

 

Hazırlanması:

1.Badımcanı soyub orta hissələrə doğrayırıq. Badımcanın acılığını duzdu suda çıxardırıq.

2.Badımcanın suyunu süzürük. Mətbəx salfeti ilə artıq suyunu çıxardırıq.

Zeytun yağında yaxşı qızardırıq.

3.Qızarmış badımcanı yenə mətbəx salfetinə yığırıq ki, artıq yağı çəkdin.

4.Dərin qaba badımcanı əlavə edirik. Üstünə baş soğan kəsirik. Lobyanı əlavə edirik.

5.Xırda kəsilmiş cəfəri səpirik.

6.Duz və istiot səpirik.

7.Hamısını yaxşı qarışdırırıq.

8.Ehtiyyac olarsa əlavə Zeytun yağı tökə bilərsiniz salata.

Konservləşdirilmiş qırmızı lobya olmasa, adi suda bişən lobya əlavə edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir