ayaq

Ulduzlar qüsursuz ayaqlara necə sahib olurlar?

Baxış sayı: 1. 496

Top modellərin və ya Hollivud ulduzlarının qüsursuz ayaqlarına heyran qalırıq. Onların bu qədər hamar və gözəl ayaqlara necə sahib olduqları bütün qadınları düşündürür. Əslində cavab çox sadədədir. Məşhurlar sadəcə üzlərini deyil, həmçinin bütün bədənlərini makiyaj edirlər. Xüsusilə də ayaqlarına qarşı çox diqqətcildirlər. Çünki ulduzlar ən çox sinə və ayaq gözəlliyinə görə bir-biriləri ilə yarışırlar desək, yanılmarıq.

Bəs mini ətək və ya don geyinəndə qüsursuz görünmək üçün ayaqları necə makiyaj etmək lazımdır?

Əvvəlcə işə ayaqlarınızı təmizləməklə başlayın. Daha sonra skrabla yuyunun.

İndi isə keçək makiyaja… Ayaq makiyajı üçün sizə 4 asan üsul təklif edirik:

 

 

Parıltlı pudradan istifadə edin

Əgər qarala bilməmisinizsə, dəriyə təbii qaralıq verən kremlərdən istifadə edin. Daha sonra dizinizdən aşağı düşən sümüyün üzərinə nəmləndirici krem çəkin. Parıltılı pudra ilə yenə həmin sümüyün üzərindən keçin. Beləliklə, ayaqlarınız həm parlaq, həm də arıq görünəcək.

Doğru ayaqqabı seçimi ilə də zərif bir görüntü əldə edə bilərsiniz.

Bunun üçün qızılı tonlarında ayaqqabı doğru seçim olacaq. Ancaq geyindiyiniz paltarın rəngi də önəmlidir.

 

Tonal kremdən istifadə edin

Tonal krem ilə ayaqlara qüsursuz görüntü vermək çox asandır.

Bunun üçün bədən nəmləndirici kremin içinə bir az tonal krem əlavə edib, qarışdırın. Arzu etsəniz bir çimdik parıltılı pudra da əlavə edə bilərsiniz. Daha sonra bu qarışımı bərabər miqdarda ayaqlarınıza çəkin.

 

Qaraldıcı kremlə ləkələri gizlədin

Ayaqlarınızın gözəlliyi ilə diqqət çəkmək istəyirsinizsə, nəmləndirici kremin içərisinə bir az dərini qaraltmaq xüsusiyyətinə malik olan kremdən əlavə edin. Ayaqlarınızda ləklər çoxdursa, bu qarışıma tonal krem də əlavə etmək olar.

Bu qarışımı ayaqlara çəkdikdən sonra quruması üçün 15 dəqiqə gözləmək lazımdır. Əks halda paltarınıza bulaşa bilər.

15 dəqiqə keçdikdən sonra fırça köməkliyi ilə ayaqlarınıza parıltılı pudra çəkin.

 

Parlaqlıq verən kremlə 2 dəqiqədə hazır olun

Əgər vaxtınız azdırsa, ayaqlarınıza və xüsusilə də dizinizdən başlayaraq aşağı enən sümüyün üzərinə parlaqlıq verən kremlərdən çəkə bilərsiniz. Bu kremləri bütün kosmetik vasitələr satan mağazalarda tapmaq mümkündür. Əgər krem tapa bilməsəniz, açıq rəngli, parlaqlıq verən toz pudralardan, kremlərdən (highlighter komsetika) istifadə edə bilərsiniz. Keyfiyyətli brendin məhsulunu seçməyə çalışın.

Kremi və parlaqlıq verən digər vasitələri dizlərə çəkmək olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir