unsuz corek

Unsuz çörək necə hazırlanır?

Baxış sayı: 466

Digər çörək reseptləri ilə müqayisədə həm az ərzaqlı , həm də sağlıqlı olan bir çörək reseptini sizə təqdim edəcəyik. Bu çörək resepti hər kəsi xoşbəxt edə biləcək bir reseptdir. İçərisində un olmayan bir çörək hazırlamaq üçün sizi mətbəxə dəvət edirik.

 

Unsuz çörək üçün lazım olan ərzaqlar

1 stəkan tahin

şor(lor pendir)

4 ədəd yumurta

qoz

1 çay qayığı mahleb

1 çay qayığı sirkə

1 çay qayığı soda

1 çimdik duz

1 çimdik qırmızı istiot

şüyüd

 

Unsuz çörəyin üzəri üçün

çörəkotu

küncüt

 

Unsuz çörək üçün ərzaqların yığılması

İstifadə edəcəyiniz tahini kasaya yığın. İstifadə edəcəyiniz şoru bir kasaya yığın. İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın. Lazım olacaq qozu qabığından təmizləyin. İstifadə edəcəyiniz mahlei kiçicik bir kasaya yığın. Lazım olacaq sirkəni stəkana süzün. İstifadə edəcəyiniz soda, duz və qırmızı istiotu ayrıca kasalara yığın. Lazım olacaq şüyüdü arıtlayıb yuyaraq mətbəx dəsmalının üzərinə yığın. İsifadə edəcəyiniz küncüt və çörəkotunu ayrı-ayrı kasalara yığın.

 

Unsuz çörək üçün ərzaqların hazırlanması

İstifadə edəcəyiniz yumurtaları qarışdırma qabına sındırın. Hazırladığınız şüyüdü kiçik-kiçik doğrayın. Sodanın üzərinə sirkə əlavə edilib qabarması üçün gözləyin. Qozu əzmədən kiçik-kiçik doğrayın. Bişirmək üçün lazım olan keks qabını azca yağlayın.

 

Unsuz çörək xəmirinin hazırlanması

Dərin bir qab götürün. İlk öncə tahin və şoru qaba əlavə edin. Tahinin üzərinə mahleb əlavə edin. Qırmızı istiotu və duzu əlavə edin. Üzərinə qoz əlavə edin. Yumurtalar da qarışıma əlavə edin. Qabarması üçün gözlədilən sirkə və sodanı da qarışıma əlavə edin. Şüyüdü xırda-xırda doğrayıb qarışıma qatın. Bütün ərzaqlar qatıldıqdan sonra yaxşıca qarışdırılır. Keks qəliblərini yağlayın. Balaca keks qəliblərinə tökün. Qəlibləri çox doldurmayın. Üzərinə küncüt və çörəkotu səpin.

 

Unsuz çörəyin bişirilməsi

Sobanı əvvəlcədən 170 dərəcəyə yaxın qızdırın. Qızdırmış olduğunuz sobada 20 dəqiqəyə yaxın bişirin. Unsuz Çörəyin Servis Edilməsi Arzuya görə süsləyərək servis edə bilərsiniz.

Nuş Olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir