urek

Ürəyimizə verdiyimiz 11 zərər

Baxış sayı: 194

Bədənimizdə bütün orqanların bir funksiyası və imtina edilməz vəzifələri var. Ancaq ürəyin yeri başqadır. Ürək sanki həyatın aynasıdır. Ürəyin sağlamlığı ya da sağlamsızlığı bu aynanın əks etdirdiyi görünüşlərdən qaynaqlanır. Ürəyimiz qiymətlidir, ancaq çox vaxt onun qiymətini bilmədən yaşayırıq. İnsanın ürəyinə edəcəyi ən böyük yaxşılıqların başında pəhrizinə diqqət yetirməsi gəlir. Bununla tac arteriya xəstəliklərindən ölüm riski yüzdə 30-60 nisbətində azala bilir. Mütəxəssislər ürəyimizə verdiyimiz 11 zərəri belə sıralayırlar:
1. Geç qalxıb geç yemək.
2. Acmadan yemək.
3. Yatmazdan əvvəl yemək.
4. Pis qidalanmaq.
5. Davamlı oturmaq, hərəkətsiz qalmaq.
6. İdman etməmək.
7. Davamlı həddindən artıq stressə məruz qalmaq.
8. Yağ toxuması artımı ilə kilo almaq.
9. Həddindən artıq spirt qəbul etmək.
10. Siqaret çəkmək.
11. Ürəyimizi bir şikayət olana qədər heç ağlımıza gətirməmək.

 

ƏLAMƏTLƏRƏ DİQQƏTLİ OLUN

Xüsusilə sinə ağrısı, sinədə sıxışma, tıxanma və ya yanma kimi əlamətlər ürək-damar xəstəliklərinin erkən əlamətləri ola bilər. Bu şikayətlər sinədə sağda və ya solda, qollarda, mədə üzərində, boyunda və ya çənəyə doğru ola bilər. Bununla bərabər tez yorulma, nəfəs darlığı və ya nəfəs ala bilməmə hissi, boğulma hissi, ritm nizamsızlığı, huşunu itirmə hissi və gecə oyandıran tıxanma hissləri bir ürək xəstəliyi əlaməti ola bilər.
Kişilərdə 40 yaşından sonra, qadınlarda isə 50 yaşından sonra ürək nəzarəti etdirmək lazımdır. Ancaq adamın ailəsində və bir yaxınında erkən bir ürək xəstəliyi hekayəsi varsa, diabet və ya hipertoniya varsa, çox yüksək xolesterol dəyərləri varsa bu nəzarətin 30 yaşlarında etdirilməsi əhəmiyyətlidir.

 

KÖKLÜK ÜRƏYƏ YÜKDÜR?

Yağın qarın bölgəsində toplanması ilə xarakterizə olunan yağ təcrübəsi, tac- arteriya xəstəliyi riski baxımından çox əhəmiyyətlidir. Bədən kütlə indeksi ilə ölüm arasında xətti bir əlaqə vardır. Bədən kütlə indeksinin 25 kq/m2 altında olması normal qəbul edilir. 25-30 kq/m2 arası kilo çoxluğu, 30 kq/m2 üzərində isə şişmanlıq qəbul edilir. Artmış bel/omba nisbəti, yəni abdominal şişmanlıq, tac arteriya xəstəliyi riskini xüsusilə artırır. Kişilərdə 0.9, qadınlarda 0.8 altındakı bel-omba nisbəti normal qəbul edilir.

 

SAĞLAM İNSAN NEÇƏ İLDƏ BİR MÜAYİNƏ OLUNMALIDIR?

Bir sağlam adamın kişidə 40 və qadında 50 yaşından sonra nizamlı ürək nəzarətləri etdirməsi lazımdır. Bu nəzarətlər aşağı riskli kəslərdə hər iki ildə bir, yüksək riskli kəslərdə isə hər il edilməlidir. Çünki əvvəlki məlumatlar artıq keçmişdə qalmışdır və bu müddət ərzində maddələr mübadiləsi dəyişə bilər və bəzi xəstəliklər başlaya bilər.
Birinci dərəcəli bir yaxınında ürək-damar xəstəliyi olan kəslər 30 yaşından etibarən ilk nəzarətlərini etdirməlidir. Kardioloji risk nisbətlərini nəzərdən keçirməli və riskini yüksəldən fiziki, diyet, həyat vərdişləri ilə əlaqədar və ya qan təhlilləri ilə əlaqədar pozuqluqlar üçün erkəndən tədbir görməlidir.

 

ÜRƏK SAĞLAMLIĞI İLƏ BAĞLI EDİLMİŞ YENİ İŞLƏR NƏ DEYİR?

2009-cu ilin sonunda nəşr olunan JUPITER adlı böyük bir araşdırma çox əhəmiyyətli məlumatlar əldə etməyə səbəb olmuşdur. Bu işin nəticəsi belə olub. Statin deyilən xolesterol dərmanını ehtiva edən və 17 mindən çox xəstədə edilən araşdırmada, bir qrupa bu dərman verilərkən, digər qrupa isə heç bir şey verilməyib. Xolesterol dərmanı verilən qrupun başlanğıcdakı xolesterolları tamamilə normal olub. Qanlarında CRP maddəsi, yəni inflamasiya göstəricisi yüksək olub və beş il boyunca izlənilib. Dərman qəbul etməyənlərdə isə bu tapıntılar əldə edilib:
– İnfarkt iki yarım qat daha çox.
– Beyin iflici iki qat daha çox.
– Damar tıxanıqlığı əməliyyat cəhdi iki qat daha çox.
– Dərman qəbul etməyənlərdə böhran, iflic, ürək-damar xəstəliyindən ölüm iki qat daha çox.
– Bütün ölüm səbəbləri isə 1,25 qat daha çox olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir