urek

Ürəyi qorumaq üçün gündəlik SADƏ QAYDALAR

Baxış sayı: 1. 039

Hər kəs sağlam bir həyat üçün ürəyini qorumalıdır. Ürəyimizi qorumağın əsas prinsipi sağlam və düzgün qidalanmadan başlayır. Bunu ürək-damar cərrahı, uzman həkim Cabir Gülmalıyev bildirib. Mütəxəssis ürəyi qorumaq üçün bir sıra gündəlik sadə qaydalara əməl etməyi tövsiyə edib. Beləliklə, onun tövsiyələrini təqdim edirik:

Siqareti tərgidin. Siqaret çəkmək ürək xəstəlikləri riskini iki dəfə artırır.

Xolesterin ürək-damar sisteminin sağlamlığı üçün vacib rol oynayır və bir çox xəstəliklərin səbəbidir. Xolesterin səviyyəsini azaltmaq üçün qida rasionunu düzgün qurmaq lazımdır.

Qanda şəkər dərəcəsini normada saxlamaqla orqanizmi şəkərdən və ürək xəstəliklərindən qorumaq olar.

Arterial təzyiqə nəzarət etmək lazımdır. Təzyiq ürək sisteminin vəziyyətini çox yaxşı əks etdirir.

Optimal fiziki aktivlik dərəcəsi həftədə 2,5 saatdan az olmamalıdır.

Duz qəbuluna diqqət yetirin. Bizim gündəlik duz ehtiyacımız 6 qramdır. Bunun bir hissəsini çörəklə qəbul edirik. Çox çörək yeməklə eyni zamanda gündəlik qəbul olunan duz miqdarı da artır. Eyni zamanda hazır yeməklərin hamısında duz var. Unutmayın, çoxlu duz qəbulu qan təziqinin yüksəlməsinə səbəb olan ən başlıca amildir.

Qida rasionuna qoz, tərəvəz və toxumlar əlavə etmək lazımdır.

Həddindən artıq alkoqol qəbulu tək ürək-damar xəstəliklərinin deyil, eyni zamanda digər ciddi xəstəliklərin yaranmasına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir