urek

Ürık xəstələrinin sosial şəbəkələrdə nələri izləməsi təhlükəlidir?

Baxış sayı: 1. 205
Son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır. Sosial şəbəkələrdə aktivliyi artırmaq, daha çox izləyici əldə etmək üçün bəzən qorxu videoları paylaşılır. Lakin mütəxəssislər bildirir ki, bu cür paylaşımlar xüsusi qrup insanlar üçün müəyyən risk yarada bilir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qorxu videoları ürək xəstələri üçün böyük risk yarada bilir. Mütəxəssislərin məlumatına görə, xüsusən də ürək xəstəsi olduğunu bilməyən şəxslər üçün bu cür paylaşımlar sağlamlıq cəhətdən böyük təhdid hesab edilir.
“Zamanla yanaşı xəstəliklərin yaşı da dəyişib. Yaşadığımız həyat tərzi insanı yorur, gərginləşdirir. Artıq həyatımız bir qəlibdən ibarət olmağa başlayıb. Bu qəlib sırasında sosial şəbəkə həyatımızda mühüm yer tutur. Lakin bəzən burada yayımlanan videolar ürək çırpıntısı artıraraq risk yarada bilir. Xüsusən də qorxu videoları ürəkdə ciddi fəsadlar yarada bilir” – deyə türkiyəli həkimlər bildirib. Həkimlər belə iddia edir ki, son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır.
urek
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, kardioloq Firdovsi İbrahimovun sözlərinə görə, ürəyində problemi olan insanlar qorxulu, həyəcanlı videolara, filmlərə baxdıqda onlar stresə düşür və təzyiqləri artır. Hətta bu cür videolar insanlarda asılılıq yaratdığı üçün onların istirahət və qida rejimi də pozulur.
Sosial mediada paylaşılan videoların, statusların patalogiyası olan insanlar üçün tövsiyyə olunmadığını vurğulayan kardioloq deyir ki, əks halda onların patalogiyası daha da şiddətlənəcək. Ürək xəstələrinə və emosional insanlara bu cür videolara baxmaq tövsiyə olunmur: “İnfarktların bir çoxu səhər tezdən olur. Buna səbəb isə erkən saatlarda stres hormonlarının yüksəlməsi, bədənin gərginləşməsidir. Bu gərginliyin üzərinə də hansısa qorxulu film izləmək ciddi ürək xəstəliyi, bəzən də ölüm riski yaradır. Bədən gün ərzində alacağı müəyyən həddə stres normasını aşdıqda “partlayış”a gətirib çıxarır və sağlamlıqla bağlı çox ciddi fəsadlar yaradır”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir