Hiperaktivlik

Uşağın dəcəlliyinin qarşısını almaq üçün nə etməli?

Baxış sayı: 884

İnsan beyni 5 duyğu üzvünün köməyi ilə qəbul etdiyi bütün informasiyaları toplayır. Sonra isə şəxsi keyfiyyətlər, təcrübə, maraq və s. kimi amillərin təsiri ilə bu informasiyalar fəaliyyətə çevrilir. Bütün bunları nəzərə alaraq, eyni şeyi uşaqlar üçün də demək olar. Belə ki, uşaqlarda kənardan qəbul edilən informasiyaların toplanması böyüklərlə müqayisədə daha çoxdur. Ona görə də, uşağa mütəmadi olaraq dəcəl demək və ya uşağı ətrafdakılara dəcəl kimi təqdim etmək bu baxımdan çox təhlükəlidir.

Bəs, dəcəlliyin qarşısını almaq üçün nə etmək lazımdır?

usaqlar

Hər şeydən əvvəl dəcəlliyin mənbəyini müəyyən edin və əgər lazım gəlsə, bir mütəxəssisdən kömək alın. Digər tərəfdən, işə uşağınızdakı mənfi hərəkətləri yox, müsbət hərəkətləri görərək başlayın. Üstəlik, müsbət hərəkətləri mükafatlandırmağı da unutmayın. Bundan başqa, “Əgər dəcəllik etsən, özümə başqa bir uşaq alacağam” və ya “Əgər dəcəllik etsən, səninlə danışmayacağam” kimi sözlərə yol vermək də doğru deyil. Digər tərəfdən, ətrafınızdakılara uşağınızı dəcəl kimi təqdim etməyin və ən əsası uşağınıza artıq enerjidən xilas olmaq üçün imkanlar verin.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir