usaq

Uşağa danışmağı necə öyrədək?

Baxış sayı: 1. 438

Hər şeydən əvvəl qeyd edək ki, burada danışmağa hazırlaşan və nitqlə bağlı heç bir problemi olmayan uşaqlardan söhbət gedir. Gec danışan və nitq problemi olan uşaqlar üçün isə həkimə müraciət etmək məsləhətdir. İndi isə mövzuya keçək. Əgər uşağa danışmaq öyrətmək istəyirsinizsə…

1) İlk növbədə səbirli olmalı və ən başlıcası bu işdən zövq almalısınz.

2) Uşağınızla söhbət etmək üçün gündə 1-2 saat vaxt ayırsanız kifayətdir.

3) Uşağınıza görəcəyiniz işlərdən danışın. Məsələn, “Artıq paltar geymək vaxtıdır”, “İndi yemək yeyəcəyik” və s.

4) Uşağınızla söhbət edərkən otaqda başqa səslərin olmasına imkan verməyin. Beləliklə, o sizi daha yaxşı eşidər.

5) Uşağınızın daha tez danışmasını istəyirsinizsə, onun çıxardığı səslərə laqeyd qalmayın.

6) Uşağınızla danışarkən ilk növbədə, onun üzünə baxmağı unutmayın.

7) Söhbət edərkən uşağınızdan nə isə soruşun və o “cavab verənə” qədər gözləyin.

8) Əgər uşağınız sizə işarələrlə nə isə demək istəyirsə, ona demək istədiklərini sözlərlə qaytarın. Məsələn, “Acmısan?”, “Su istəyirsən?” və s.

9) İlk aylardan uşağınıza kitab oxumağı və ya nağıl danışmağı unutmayın.

10) Təkcə sözlərinizlə yox, mimikalarınızla da uşağınızı danışmağa həvəsləndirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir