valideyn

Uşağa məsuliyyət hissini necə aşılamalı?

Baxış sayı: 628

Məsuliyyət “başqalarının hüquqlarına riayət etmək” və “öz hərəkətlərinə cavabdeh olmaqdır”. Məsuliyyət hissi olan uşaqlar qərar qəbul etməkdə çətinlik çəkmir, sərbəst hərəkət edir və özlərinə inamlı olurlar. Uşaqlara məsuliyət hissini aşılamaq üçün onları yaşlarına, cinsiyyətlərinə və inkişaf səviyyələrinə uyğun istiqamətləndirmək məsləhətdir. Məsələn, 3 yaşlı uşaq paltar yumaqda anasına kömək etməyə böyük həvəs göstərir. Ancaq 13-14 yaşlı uşaqdan bunu gözləmək qeyri-mümkündür. Ona görə də, bu işi əyləncəyə çevirmək və uşağa kömək etməyi öyrətmək lazımdır. Bu vərdişləri aşılamaqla siz həm də uşağa məsuliyyət hissini aşılamış olarsınız.

valideyn

Uşaqlarda məsuliyyət yaşı

Uşağa məsuliyyət hissini aşılamaq üçün konkret bir yaş yoxdur. Ancaq elə dövrlər var ki, uşaq bu dövrlərdə bir işi özbaşına görmək istəyir, ya da buna hazır olur. Ona görə də, uşağa məsuliyyət hissini aşılamaq üçün bu dövrlərdən istifadə etmək lazımdır. Bundan başqa, aşağıdakıları nəzərə almaq da çox vacibdir:

– Uşağınızın nəyə maraq göstərdiyini və ya onda hansı qabiliyyətlərin daha qabarıq olduğunu müəyyən etməyə çalışın.

– Uşağınızın uğurları ilə fəxr edin və elə edin ki, o bunu hiss etsin.

– Uşağınız bir işi düzgün görmədikdə, bundan nəticə çıxarmasına imkan verin.

Məsuliyyətə alışmaq da başqa qabiliyyətlər kimidir, uşaq bunu nə qədər çox sınaqdan çıxarsa, bir o qədər uğur qazanar. Bunun üçün evdə uşağın üzərinə bəzi məsuliyyətlər qoymaq pis olmaz. Üstəlik, bu, məktəbdə də onun köməyinə çata bilər. Digər tərəfdən, uşaqlara məsuliyyət hissini aşılamaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:

– Uşağınız üçün məsuliyyət daşıya biləcəyi işlərin siyahısını hazırlayın və onları bir-bir həyata keçirməyə çalışın.

– Uşağınıza seçmək imkanı verin.

– Onun yerinə düşünməyin.

– Onun adından iş görməyin.

– Yeri gələndə sındırıb dağıtmasına da icazə verin.

– Uşağınıza sərbəstlik verməyə çalışın və ona kömək etməyə tələsməyin. Çünki siz bununla onda məsuliyyət hissinin inkişafına mane ola bilərsiniz.

– Heç vaxt uşağınızdan sizin qədər məsuliyyətli olmağı tələb etməyin.

Bir 2 nəfər, uşaq, ayaqüstə duran insanlar və mətbəx şəkili ola bilər

Digər tərəfdən, əgər uşağınıza məsuliyyət hissi aşılamaq istəyirsinizsə, bu bir az da sizin həvəsinizdən asılıdır. Həmçinin, bu məsələdə ailədəki demokratik mühitin də rolu böyükdür. Əgər ailədə diktatura rejimi hakimdirsə, burada uşağa məsuliyyət hissi aşılamaqdan söhbət gedə bilməz. Çünki belə ailələrdə valideynlərin hakimiyyəti o qədər böyük olur ki, uşağın hər hansı bir şey üçün məsuliyyət daşımasına ehtiyac qalmır. Oxşar problem anarxiya rejimi hakim olan ailələr üçün də eynidir. Buna görə də, uşaqda məsuliyyət hissini inkişaf etdirmək üçün ən ideal ailə demokratik rejim hakim olan ailədir.

valideyn

Digər tərəfdən, gəlişigözəl sözlərlə də uşağa məsuliyyət hissi aşılamaq olmaz. Üstəlik, burada cəsarət də çox vacibdir. Buna görə də, bəzən siz uşağınıza məsuliyyətsizliyinin nəticələri ilə barışmasına imkan verməli və onu növbəti mərhələlərə həvəsləndirməlisiniz. Bundan başqa, ev işlərinə kömək etməsi, vaxtını özü bölməsi, geyəcəyi şeyləri özü seçməsi də uşaqda məsuliyyət hissinin formalaşmasında əsas amillərdən biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir