ana-bala-kitab-oxuyanda

Uşağa nağıl oxuyarkən nələrə diqqət etməli? – 10 MƏQAM

Baxış sayı: 1. 021

1) Atanın və ya ananın üzərinə düşən ən böyük vəzifə nağılı səbirlə oxumaq və ya danışmaqdır. Əgər uşağınız eyni nağılı beş dəfə istəsə, beş dəfə də oxumalı və ya danışmalısınız.

2) Digər tərəfdən, nağılı kitabdakı şəkillər əsasında da danışa bilərsiniz. Ancaq bunun üçün təbii ki, əvvəlcə uşağınızın fikrini öyrənməlisiniz.

3) Kitab oxuyarkən canlı mimikalardan istifadə edin. Əlbəttə ki, sizdən aktyorluq tələb olunmur. Ancaq ən azı əl-qol hərəkətləri ilə vəziyyətdən çıxmaq olar.

4) Bundan başqa, nağılı nə vaxt oxumaq məsələsi də çox vacibdir. Odur ki, nağılı uşağınız oynamaqdan yorulduğu vaxtlarda oxusanız, daha yaxşı nəticə verər.

5) Çalışın, uşağınız oxuduğunuz nağıl üzərində düşünsün. Bunun üçün ona müxtəlif suallar verin. Suallarınıza cavab verərkən fikrini tam izah edə bilməsə, “Nə dediyini başa düşmürəm” kimi cümlələrdən istifadə etməyin.

KITAB

6) Uşağınıza bir kitabı oxumağı təklif etmək istəyirsinizsə, heç vaxt əmr verməyin. “Belə bir kitab oxudum. Çox gözəldir. İstəyirəm ki, sən də oxuyasan” deyin və kitabı uşağınızın otağına qoyub çıxın. Əmin olun ki, uşağınız o kitabı oxuyacaq.

7) “Kitab saatlarını” özünüz üçün əyləncəyə də çevirə bilərsiniz. Məsələn, yerə döşək sala, meyvə boşqabları düzə və uşaqlarınızla bir yerdə kitab oxuya bilərsiniz.

8) Nağıl qəhrəmanı haqqında danışarkən “Məsələn, elə sənin kimi” və ya “Bir az da qardaşına oxşayır” kimi cümlələrdən istifadə etsəniz, uşağınızın xəyal gücünü məhdudlaşdırmış olarsınız.

9) Başqa vacib bir məsələ isə nağılı bütün enerjinizlə oxumağa çalışmaqdır. Çünki əvvəl-axır uşağınız sizin nağılı candərdi oxuduğunuzu hiss edəcək.

10) Uşağınız yatmaq ərəfəsindədirsə, həzin, hərəkətlidirsə, canlı səs tonundan istifadə edin. Sözləri nə çox yavaş, nə də çox sürətlə oxuyun. Uşağınızın sizi başa düşüb-düşmədiyinə nəzarət edin.

 

Hazırladı: MƏTİN

 

kitab




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir