uşaqlar oyuncaqlar

Uşağa oyuncaq alarkən nələrə diqqət etməli?

Baxış sayı: 1. 149

“Gencaile.az”ın “axşam.az”-a istinadən məlumatına görə, psixoloqlar təsdiqləyiblər ki, oyuncaqlar uşaqlar üçün həyat yolunun başlanğıcıdır.

Oyuncaq seçərkən nələrə diqqət etməliyik?

Təhlükəsizlik: İlk yaş dövründə uşaq ətraf mühitlə aktiv surətdə tanış olur: sındırır, tullayır… Buna görə də, körpə üçün oyuncaqlar onun yeməyi qədər zərərsiz olmalıdır. Körpəyə oyuncaq alarkən onun zəhərli maddələrdən hazırlanmadığına fikir verin. Çünki uşağın ilk işi oyuncağı dişləməkdir. Oyuncaq böyük, yuyulması rahat olmalıdır. Üzərində təhlükəsizlik sertifikatının olmasına fikir verin.

Çoxfunksiyalı: Yaxşı oyuncaq özündə bir neçə funksiyanı birləşdirməlidir. Rəngi zehnə təsir etməli, əlvan olmalıdır. Fərqli səslər çıxaran oyuncaqları 2 yaşdan sonra almaq məsləhətdir.

Reallığa yaxın: Çalışın, oyuncaq reallığı əks etdirsin. Uşağa çəhrayı qurbağa, yaşıl fil və ya fantastik avtomobil fiqurları almayın. Yoxsa o, 5 yaşı tamam olana qədər qurbağanın çəhrayı rəng olduğunu düşünəcək. Həmçinin oyuncaq mülayim olmalı, aqressiya doğurmamalıdır. Uşağa oyuncaq seçərkən onun maraqlarını nəzərə almaq mütləqdir. İlk vaxtlar valideyn uşaqla birlikdə oyuncaqla oynamalıdır. 2 yaşa qədər olan uşaqlar ancaq 15-30 dəqiqə oyuncaqla sərbəst oynaya bilərlər.

Kim nəyi bəyənir?

Fərqli xasiyyəti olan uşaqlar fərqli oyuncaqları sevirlər. Hər bir körpə öz temperamentinə uyğun oyuncaqla oynamalıdır.

Melanxoliklər: Bu tip uşaqlar naqillərlə, qab-qacaqla, konstruktorlarla oynamağı xoşlayırlar. Onlar çox səbirli olurlar.

Şən: Onlar səbirsizdirlər. Nəyəsə diqqət yönəltməkdə çətinlik çəkirlər. Amma böyük avtomobillərlə oynamağı sevirlər.

Laqeyd: Belələri sakit oyunlara can atırlar. Onlar üçün əsl əyləncə gəlinciyi geyindirib, saçlarını daramaqdır.

Əsəbi: Bu tip uşaqlar çətin oyunları xoşlayırlar. Düşünməyi, nəyisə gec tapmağı sevirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir