VALİDEYN

Uşağı kim tərbiyə etməlidir: televizor, valideyn, yoxsa dayə? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 175

Bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zəmanədə yaşayırıq və uşaqları bu prosesdən kənarda saxlamaq asan məsələ deyil. Amma uşaqlar dünyada ən qiymətli varlıqlardır. Buna görə də onlara diqqəti daha da artırmaq məcburiyyətindəyik. Müasir ailəni, evi televizorsuz təsəvvür etmək çətindir. Televizoru da rəfdə gizlətmək mümkün deyil. Lakin onu bütün günü işlətmək, televizora yaxşı köməkçi gözüylə baxmaq da yersizdir.

Aparılan tədqiqatlar müəyyən edir ki, məktəbəqədər uşaqlar televizorla o qədər də maraqlanmır, ancaq ibtidai məktəb şagirdləri gün ərzində 3-4 saat “mavi ekran” qarşısında əyləşirlər. Televizorun uşağın inkişafına ancaq mənfi təsir etdiyini deməklə yanlışlığa yol vermiş olarıq. Təbii ki, uşaqlar televizorla müəyyən dozada təmas etməlidirlər. Ancaq uşaq üçün hərəki aktivlik valideynlərlə, ətraf aləmlə canlı ünsiyyətdir. Uşaq valideynləri, yaşıdları ilə canlı ünsiyyət quraraq insan kimi formalaşır, sosial münasibətləri, əlaqələri qurmağı öyrənir. Həmçinin onun xasiyyəti formalaşır.

Psixoloq Arzu Qurbanlı deyir ki, uşaqlar əsasən 3 yaşa qədər valideyin himayəsində olsa onların inkşafında müsbət rolu olar, çünki uşağın bu yaşlarda ana nəvazişinə daha çox ehtiyacı olur: “Kiçik yaşlarda ana qayğısı ilə böyüyən uşaqlar daha özgüvənli olur. Gələcəkdə problemlərini özləri həll etməkdə daha az çətinlik çəkirlər. Əsas təməl yaşı 3 yaşa qədər qoyulur ki,, bu da uşağın gələcəyini həll edir. Hətta işləyən analara dövlət proqramında da uşağın ilk əsas inkşaf mərhələsi nəzərə alınaraq 3 il analıq məzuniyyəti verilir. Bu psixoloqlar tərəfindən də ölçülüb-biçilərək atılmış addımdır”.

Arzu Qurbanlının fikrincə, uşaqları texnikadan uzaqlaşdırmağın yolu ona alternativ yaratmaqdır. Uşağa canlı həyatla ünsiyyəti qurmaq lazımdır: “Uşağın əsas inkişaf mərhələsində valideyinlərin hər ikisinin diqqət və qayğısı kompleks şəkildə uşağa ötürülməlidir. 3 yaşdan sonra dayə və uşaq bağçaları haqda düşünmək olar. Lakin dayə var deyə valideyin kənara çəkilməməlidir. İşləyən valideynlər işdən sonra asudə zamanlarını övladlarına həsr edərək daha özgüvənli, sağlam, gələcəyi parlaq övladlar yetişdirməyə nail ola bilərlər. Dayə nə qədər diqqət və navaziş göstərmiş olsa da, nənə-baba nə qədər çox əzizləsəsə də, valideyininnəvazişini və himayəsini əvəz edə biməz”.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirir ki, övlad birinci ailədə tərbiyə almalıdır. Ana bətnindən tutmuş müəyyən bir həddə qədər uşaq valideyinləri ilə təmasda olmalı və onların himayəsini hiss etməlidir: “Ata və ananın hər ikisinin uşağın tərbiyəsində rolu böyükdür.Ən başlıcası uşağın formalaşması, gələcək fərd kimi inkişafı ailədən başlayırsa həmin ailə natamam olmamalıdır. Uşaq bağçasına, məktəbə getdikdən sonra artıq uşaq sosiallaşır, cəmiyyətə düşür və insanların içində olur. Cəmiyyətə düşdükdən sonra isə artıq uşağın getdiyi istər bağça olsun, istərsə də təhsil müəsisəsi, artıq burda da müəllimlərdən və tərbiyəçilərdən öyrəndikləri də uşağın inkşaf mərhələsində xüsusi yer tutur. Burda da əsas iş yenə də ailənin və valideynlərin üzərinə düşür, çünki tərbiyə düzgün verilərsə, uşaqda özünə güvən güclü olarsa düşdüyü mühütdən mənfi xüsusiyyətlər götürərək çıxmaz. Boşanmış, natamam ailələrdə uşaq təktərəfli tərbiyə aldığı üçün, ya ananın qayğısından ya da ki, tam əksi ata zəhmini hiss etmədən böyüyür.Bunların hamısı uşaqların gələcək həyatında aparıcı rolu olan xarakterində, davranışlarında iz buraxmış olur. Şübhəsiz ki, uşaqların tərbiyə olunmasında xoş rəftar ən mühüm amildir. Bu hissiyyat, uşaq da düzgün şəkildə istifadə olunarsa, səadət və xöşbəxtliyə yol açar. Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyələrinin möhkəm olma yollarından biri də uşağa şəxsiyyət kimi diqqət edib, mərhəmətlə yanaşmaqdır. Mehribançılıq olmayan ailədə böyümüş uşaq, özündə bir növ həqarət və xarlıq hiss edəcək. Belə uşaqların hər cür təhlükəli yola düşmək ehtimalı çoxdur”. (Xeberle.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir