uşaq yalan

Uşağım niyə yalan danışır?!

Baxış sayı: 1. 756

3-4 yaşındakı uşaqların tez-tez söylədikləri yalanlar, əslində yalan sayılmır. Bu yalanlar oyun məqsədilə söylənilir.

Yalan danışmaq, etdiyimiz hər hansı bir səhvi gizlətmək məqsədilə həqiqətə uyğun olmayan söz danışmaqdır. Yalan tək sözlə deyil, jest, mimika, yazı və etdiyin hər hansı bir hərəkətlə ifadə oluna bilər.

Fikir versəniz, valideynlərin əksəriyyəti uşaqlarının həqiqətə sadiq qalmalarını çox tez istəyirlər. Belə ki, 3 yaşlı uşaqlar inanılmaz hekayələr uydurmağı və yamsılamağı sevirlər. Uşaqların ağıl və xəyal gücü yaxşı inkişaf etdikdə, müvəffəqiyyətli olurlar. Hekayə uydurmaq və bənzətmə oyunu isə yalan danışmaq mənasını vermir. Ona görə də bunun qarşısını almağa ehtiyac yoxdur.

Əqli cəhətdən ləngiməsi olan uşağın söylədiyi yalanla normal uşağın söylədiyi yalan arasında böyük fərq olur. Normal uşağın söylədiyi yalan məntiqli və inandırıcıdır.

Nəzərinizə çatdıraq ki, çox vaxt uşaqları yalan söyləməyə vadar edən səbəblərdən ən əsası ailədaxili münasibətlərdir. Uşaqlar valideynlərdən çəkindikləri üçün yalan danışırlar. Bəzən də sərbəst olmaq üçün yalanı istifadə edirlər. 3-4 yaşındakı uşaqların tez-tez söylədikləri yalanlar, əslində yalan sayılmır. Bu yalanlar oyun məqsədi ilə söylənilir. Əgər övladınız hələ 5 yaşına catmayıbsa, onun yalan danışması sizi narahat etməsin. Doğru danışmağa meyl uşaqda tədricən inkişaf edir. Uşağa tez-tez “sən yalan danışırsan, “yalandır” kimi ifadələr deməyin. Bunu etmək düzgün deyil. Uşağın yalan söylədiyini bildiyiniz halda isə həyacan keçirməyin. Onsuz da söylədiklərinin yalan olduğunu bilirsiz. Uşaq 4 yaşına çatanda yenə də yalan söyləyirsə, ananın uşağa “sən mənə həqiqəti söyləyənə qədər, səni gözləyəcəyəm” deməsi lazımdır. Sərt cəzalarsa uşaqları daha cox yalan danışmağa sövq edir.

Uşaq özünə aid olmayan hadisələrə özünün xəyal gücünü də qataraq yalandan hekayələr uydurur. Onlarda yalan danışmağın qarşısını almaq üçün öncə yalanın növünü müəyyən etmək lazımdır. Yalan danışmağa vadar edən səbəblər məlum olandan sonra təhlil edilməlidir.

Uşağın etdiyi səhvi böyütmək, üzünə vurmaq olmaz. Ona yalan danışmağın pis xüsusiyyət olduğu izah edilməlidir. Uşağa başa salmaq lazımdır ki, düzünü deyən insanları hamı sevir və hamı onlara hörmət edir.

Əziz valideynlər sizə məsləhətim budur ki, uşaqlara cəza verməklə onları yalan danışmaqdan çəkindirə bilməyəcəksiz. Əksinə onlar inad edib daha böyük yalanlar danışacaqlar. Yuxarıda qeyd etdiyim kimi, uşaqlara həssaslıqla yanaşıb məktəblidirsə müəlliminə, hələ məktəb yaşına çatmayıbsa, uşaq psixoloquna müraciət edin. (dushunce.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir