usaq

Uşağın əsəbi, yoxsa hirsli olduğunu necə ayird edək?

Baxış sayı: 1. 064

Əsəbi olmaqla hirsli olmağı bir-birinə qarışdırmaq olmaz. Hirs adətən müəyyən bir maneə olduqda ortaya çıxır və səbəb ortadan qalxdıqda o da ortadan qalxır. Əsəbilik isə ümumi haldır və belə hallarda daha çox mütəxəssis köməyinə ehtiyac var. Elə isə gəlin, əsəbi uşağı birlikdə tanımağa çalışaq:


– Əsasən arıq olurlar.
– Həddindən artıq həssasdırlar.
– Yüngül qaşınmalar belə dərinlərində iz salır.
– Həmişə “sayıqdırlar”.
– Güclü görünsələr də, əslində zəifdirlər.
– Hər dediklərini etməyə çalışırlar.
– Tez-tez və dərin nəfəs alırlar.
– Onları küsdürmək də çox çətin deyil.
– Çox tez yorulurlar.
– Yuxu rejimləri yoxdur.
– Ən adi hadisələrə belə reaksiya göstərirlər.
– İnsanlarla ünsiyyətdə çətinlik çəkirlər.
– Yemək məsələsində də problem yaşayırlar… 

usaqlar
Əgər sizin uşağınızda da bu əlamətlər varsa, deməli, o, əsəbi uşaqdır. Belə uşaqlar üçün isə mütləq mütəxəssis köməyinə ehtiyac var. Yeri gəlmişkən deyək ki, yuxarıda göstərilən əlamətlərə görə uşaqla sərt davranmaq olmaz. Çünki bu problemin daha da böyüməsinə və daha da dərinləşməsinə səbəb ola bilər.

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir