Uşağın inkişafında ünsiyyətin rolu

Baxış sayı: 1. 195

Sosial mühitdə yaşamaq və cəmiyyətin bir üzvü olmaq üçün bizə ünsiyyət lazımdır. Bəzən ünsiyyət və nitq terminlərinİ qarışıq salırlar. Nitq ünsiyyətin vacib bir hissəsidir. Ancaq nitqsizdə ünsiyyət qurmaq olar. Bunun üçün bir çox vasitələr var: jest, mimika, bədən dili, yazı üsulu, kartlar, Pik, Makkadon dili və s. Əsas odur ki, unsiyyətə girilsin.

Nitq bacarığının normal formalaşması üçün psixi inkişaf müəyyən səviyyədə olmalıdır. Hər şeydən əvvəl lazımdır ki, uşaqda:

Beynin müxtəlif strukturlarının inkişafı müəyyən səviyyəyə çatmalıdır

Səs və tənəffüs sistemi, artikulyasiya orqanları düzgün və kordinasiyalı işləsin

Eşitmə və görmə, hərəki bacarıqlar, emosiyalar kifayət qədər inkişaf etməlidir

Ünsiyyətə ehtiyac formalaşmalıdır

 

Uşaqda hansı nitq çətinliklərinə rast gəlinə bilər:

1) Uşaq heç danışmır

2) Adlandırma mərhələsində geri qalır. Uşaq konkret situasiyalarda əşyanı adlandırır, ancaq cümlə qurmur. İnsanlarla ünsiyyət zamanı- jest, hərəkət, işarələr və s. işlədir

3) Balaca uşaq kimi danışır

4) Aydın olmayan nitq

5) Danışmaq istəmir

6) Nitqdə duruxmalar meydana çıxır

 

Nitq qarşısındakı insanın dediklərini eşitmək, anlamaq,  cavabı beyində hazırlamaq və səsləndirmək kimi mürəkkəb bir prosesdir.

valideyn

Nitqi anlamanın inkişafında dövrlər:

1-ci səviyyə. Uşaq böyüyün səsinə qulaq asır, tanış səsləri tanıyır, intonasiyanı seçir (3-6 ay)

2-ci səviyyə. Uşaq ayrı-ayrı instruksiyaları anlayır, bir neçə sözlə əmirlərə tabe olur- əlini ver, ananı öp (6-10 ay)

3- cü səviyyə. Uşaq ayrı-ayrı əşyaların adlarını anlayır (10-12 ay), onların təsvirini bilir (12-14 ay), onları süjetli şəkillərdə tanıyır (15-18 ay)

4-cü səviyyə. Uşaq müxtəlif situasiyalarda fəaliyyətin mənasını (göstər, kim yatıb, kim oturub), ikietaplı instruksiyanı (mətbəxə get və fincanı gətir) başa düşür. Uşağa cəbəbli-ardıcıl əlaqələr aydındır (2 yaş 6 ay)

5- ci səviyyə. Uşaq mürəkkəb tabeli cümlələri başa düşür (4 yaşa qədər)

 

Uşağınızın nitqi yaşıdları kimi deyilsə hər hansı bir  problemlə əlaqədar ola bilər. Mütləq bir mütəxəssisdən məsləhət alın.

Uşaqlar ətraflarındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Döğuş zamanı ilk ağlamanı nitqin başlanğıcı kimi qəbul etmək olar. Ağlama danışmağı öyrənənədək onun ilk ünsiyyət vasitəsidir. Acdığını, yuxusunun gəldiyini, altının yaş olduğunu, yorulduğunu söyləmək üçün bu səsi istifadə edir. Vaxt keçdikcə ağlamaqdan başqa digər səslər də şıxara bildiyini kəşf edir, səslərlə oynamağa başlayır. Körpələr səslərə qarşı çox hissiyyatlıdırlar. Əslində müxtəlif səslər çıxara bilmə bacarığı ilə doğulan körpələr, getdikcə ancaq ətrafdakıların istifadə etdiyi səsləri təlqid etməyə başlayır, böyüklərin laqeyd qaldığı digər səsləri istifadə etmirlər. Səslərdən, hecalara, sözlərə, cümlə qurmağa doğru sürətli bir inkişaf olur.

valideyn

Nitq inkişafında bir gecikmə olub olmadığının göstəricisi nədir?

Ümumiyyətlə nitq inkişafında bütün uşaqlar aydın ardıcıl  bir yol keçirlər. Ancaq  fərqli səbəblərdən bəzi uşaqlar bu yolu tamamlamaqda yaşıdlarından geri qala bilərlər. Bəzən nitq inkişafındakı ləngimə eşitmə problemi, autizm, əqli gerilik, uşaq serebral iflici kimi səbəblərdən irəli gəlir. Uşaq nitq inkişafının hər hansı mərhələsində bacarıqlara yiyələnə bilməyibsə mütləq bir mütəxəssisdən yardım alınmalıdır.

Nitq və ünsiyyət bacarıqlarında geri qalan uşaqların ilk öncə “otolorinqoloji” müayinədən keçirilməsi vacibdir. Bəzən valideynlər uşaqlarındakı orta dərəcəli eşitmə geriliyini müəyyən edə bilməzlər. Əgər nitq geriliyi ilə yanaşı oturma, iməkləmə, yerimə kimi bacarıqlarında da ləngimə varsa, tez-tez huşunu itirib yıxılırsa, göz kontaktı qurmursa, toxunduqda reaksiya vermirsə “uşaq nevropatoloqu” nun müayinəsinə ehtiyac var. Eşitmə və nevroloji müayinədə uşaqda hər hansı bir problem aşkar edilməsə, nitqində narahatlıq hiss edilən uşaqlar “nitq və ünsiyyət terapevti” tərəfindən qiymətləndirilməlidir. “Böyüdükcə düzələr”, “Atasıda gec danışmısdı”, “Bağçaya/məktəbə gedəndə düzələlək” kimi yanlış fikirlərlə hərəkət edilməməlidir.

Ünsiyyət terapevti uşağın anlama ifadəetmə bacarıqlarını qiymətləndirir və nə edilməsi lazım olduğu haqqında ailəni məlumatlandırır və ya birlikdə ailəyə dəstək proqramı tutularaq uşaq ilə terapiya başlanır. UNUTMAYIN, ERKƏN MÜƏYYƏNLƏŞDİRMƏ VƏ MÜDAXİLƏ ÇOX VACİBDİR!

Valideyn

Uşağın sosial çevrəsi, ona yönələn sözcüklər və sözlərin miqdarı, xüsusən ananın körpəsi ilə ünsiyyəti nitq inkişafını müddətinə təsir göstərir. Araşdırmalara görə uşaq evlərində böyüyən, tez-tez dayə dəyişən, çox tünlük ev mühitində böyüyən uşaqların nitq inkişafı daha yavaş, onunla danışılan, kitab oxunn, fərqlı sosial mühitlərdə boyüyən uşaqların isə daha sürətlidir.

Analar körpələrini yedizdirərkən onunla göz təması qurmağa və danışmağa üstünlük verməlidirlər. Körpələri ilə danışan analar bir müddət sonra, körpələrinin bir müddət sonra müxtəlif səslər çıxararaq qarşılıq verdiklərini görmüşlər. Bu uşağın nitq anlamasında əhəmiyyətli cəhətdir.

Yedizdirmə, geyindirmə və s. gündəlik situasiyalarda o anda edilən fəaliyyət haqqında uşağınızla danışın. Bu uşağın söz ehtiyatının artmasına kömək edir.

Ətrafdakılar uşaqla danışanda sadə sözlərdən və qısa cümlələrdən isifadə təməlidirlər. Uşaqlar bəzən söyləmədikləri bəzi sözlər əvəzinə özləri yeni sözlər uydururlar. Bu hallarda uşağın uydurduğu sözü ətrafdakıların təkrar etməməsi, əsil sözü tələffüs edərək uşağa düzgün nümunə olması vacibdir. Məsələn, iki yaşında bir uşaq maşın yerinə “düdüt” deyirsə, “düzdür düdüt səsi çıxarır, amma o maşındır” deyərək nümunə göstərilməlidir. Ancaq uşaq düzgün sözü deməsi üçün məcbur edilməməlidir. Bəzi uşaqlar hər eşitdikləri təkrarlamağa çalışdığı halda, bəzi uşaqlar valideynlərin hər cür cəhdinə cavabsız qalırlar.

Valideynlər uşaqları onlara reaksiya verməsə də uşaqları ilə ünsiyyəti kəsməməli, müxtəlif yollarla uşaqları ilə ünsiyyəti davam etdirməlidirlər. “Mənə qulaq asmır, laqeyddir, anlamır” kimi fikirləşib uşaqla ünsiyyəti azaltmayın. Bəzi uşaqlar bir müddət sonra valideynlərinə təqlid etməyə başlayırlar. Uşaqla ünsiyyətə girmək üçün uşaq mahnılarından, oyuncaqlardan, kitablardan və başqa vəsaitlərdən istifadə etmək olar. Valideynlərin diqqət yetirmələri gərəkən digər vacib məsələ UŞAĞA ÖZÜNÜ İFADƏ EMƏSİ ÜÇÜN VAXT VERİN!

VALIDEYN

Uşağın jest və mimikalarını, özü uydurduğu kəlmələri və ya ağlama davranışına diqqət yetirərək onu anlamağa çalışmaq yerinə, nə anlatmaq istediyini sözlərlə ifadə etməsi istiqamətində ona nümunə olmağa çalışmaq lazımdır. Əgər uşaq jestlərlə və ya ağlayaraq istədiklərini əldə edərsə bu yolla ünsiyyət qurmağa davam edəcək. Bu davranışları valideynlər tərəfindən görməzdən gəlinib, danışmaq cəhdləri mükafatlandırılarsa, nitqi ünsiyyət vasitəsi kimi istifadə etməyə başlayacaqdır.

valideyn

Hansı halda mütəxəssisə müraciət edilməlidir?

3 aylıq; ətrafdakı səslərə və ya insan səsinə reaksiya vermirsə,

3-5 aylıq; qığıldamırsa, ah-ah kimi səslər çıxarmırsa, böyüyün mehriban səs tonuna gülümsəyərək, qəzəblı səs tonuna ağlayaraq qarşılıq vermirsə,

6-9 aylıq; bada/bagu kimi anlaşılmayan hecaları təkrarlayır, üzünü görmədiyi halda anasının səsinə reaksiya vermirsə,

10-11 aylıq; “xeyir-yox” deyilikdə anlamır, ba ba ba, ma ma ma kimi hecaları təkrarlamırsa, jest və mimikalardan istifadə etmirsə, adına reaksiya vermirsə,

12 aylıq; danışıq səslərini (öpüş, dil çıxartma) təqlid etmir, istəklərini bildirmək üçün ağlamaqdan başq səs çıxartmırsa. Ata/ana kimi ən azı bir söz söyləmirsə,

18 aylıq; ailə üzvlərini tanıyıb göstərmirsə, et/al/ver kimi sadə komandalara əməl etmirsə,

24 aylıq; ona deyilən 50 müxtəlif sözü anlamırsa, valideynlərinin adlarından başqa ən az 4 söz söyləmirsə,

3 yaşında; söylədiklərinin ən azı 50 %-i kənar şəxslər tərəfindən başa düşülmürsə, 3 sözdən ibarət sadə cümlələr qurmursa, keçmişdə baş verən hadisələr haqqında danışmırsa, sadə suallara reaksiya vermirsə, iki hissəli sadə komandaları (bunu al stolun üstünə qoy) yerinə yetirmirsə,

4 yaşında; keçmiş/gələcək zamanla danışmırsa, özünü dərk etmirsə, əşyaların istifadəsinə/ canlıların fəaliyyətlərinə uyğun suallara cavab vermirsə (hansı uçur? və s.),

5 yaşında; necə/nə üçün süallarına reaksiya vermir, əşyaların nə üçün istifadə edildiyini (stolu nə üçün istifadə edirlər) ifadə edə bilmirsə (bilə bilər), danışdığının çox hissəsi yadlar tərəfindən başa düşülmürsə, sadə bir hekayəni anlatmırsa MÜTƏXƏSSİS YARDIMINA EHTİYAC VAR!

Unutmayın uşağınız- Sizin güzgünüzdür. Siz necə danışırsınızsa,  nə edirsinizsə, uşağınız da elə davranır !!!

 

Məftunə İsmayılova

Həkim-uşaq inkişafı mütəxəssisiu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir