88

Uşağını bəyənmədiyi üçün məhkəməyə verdi

Baxış sayı: 1. 267

Süni mayalanma yolu ilə uşaq dünyaya gətirən qadın dünyaya gətirdiyi uşağı bəyənmədiyi üçün məhkəməyə müraciət edib. Amerikada yaşayan Cenifer Kramblet adlı qadın süni mayalanma yolu ilə hamilə qalıb. Ağ dərili olan qadın özü kimi ağ dərili, mavi gözlü uşağa sahib olmaq üçün xəstəxanaya müraciət edib. Lakin xəstəxanada qarışıqlıq yarandığı üçün qadın uşağı dünyaya gətirdiyi zaman onun qara dərili olduğunu görüb. Anası hazırda 3 yaşı olan qızını çox sevsə də, qızı qara dərili olduğu üçün xəstəxananı məhkəməyə verib. Ana ağdərili insanların əhatəsində yaşadığı üçün qızının gələcəkdə özünü pis hiss etməsindən qorxur. Afro-amerikalı görünüşünə malik olan balaca qızın ailəsi onu ətrafdakı hər kəsdən qorumaq və onu gələcəkdə daha yaxşı yaşatmaq üçün xəstəxanadan təzminat alacağını deyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir