usaq

Uşağınız çox tez hirslənirsə, nə etməlisiniz? – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 840

Tez hirslənmək bəzi uşaqlarda yaşadıqları mühitlə bağlı olmaqla yanaşı, bəzilərində irsi xüsusiyyətlərlə bağlı ola bilər. Təbii ki, burada depressiya ehtimalını da unutmaq olmaz. Ona görə də ilk növbədə uşağınızı müşahidə etməli, hansı səbəblərlə və hansı vaxtlarda hirsləndiyini aşkara çıxarmalı və səbəbləri aradan qaldırmağa çalışmalısınız. Bəzi uşaqlar eyni evdə yaşadıqları böyüklərindən nümunə götürdükləri üçün də bu cür reaksiyalar göstərə bilərlər. Əgər ailənizdə tez hirslənən bir adam varsa, bu, uşağınıza təsir göstərə bilər. Ona görə də, uşaqlar ailə daxilində “Bu gün çox əsəbiyəm”, “Özümü ələ ala bilmirəm” və s. kimi sözlərə şahid olmamalıdırlar.

Hiperaktivlik

Digər tərəfdən, valideynlər səhv hərəkətləri üçün əsəblərini bəhanə gətirməməlidirlər. Bəzi uşaqlar isə tez-tez hirslənməklə ətrafdakıların diqqətini cəlb etdiklərini düşünürlər. Əgər siz də səbəbin bu olduğunu düşünürsünüzsə, uşağınızın “oyunlarına” alət olmayın. Bəzən uşaqlar yaşadıqları hər hansı bir hadisənin (məsələn, valideynin ölümü, boşanmalar və s. kimi) təsiri ilə də əsəbi ola bilərlər. Belə hallarda uşağa yoldaş kimi münasibət göstərməli, onunla tez-tez danışmalı və bu hadisəni unutması üçün zəmin hazırlamalısınız.

usaq

Digər tərəfdən, səbəb nə olursa olsun əsəbi uşaqları idmana istiqamətləndirmək çox yaxşı təsir göstərə bilər.

Qeyd: Əgər məsələ siz düşündüyünüzdən də çətindirsə, bir mütəxəssisdən kömək istəyin.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir