Usaq

Uşağınız dəcəldir, yoxsa, siz avtoritarsınız?

Baxış sayı: 1. 172

Əksər valideynlər uşaqlarının dəcəl olmasından şikayət edirlər. Halbuki, dəcəl damğası vurulan uşaqların əksəriyyətinin valideynləri özləri avtoritardırlar. Bu baxımdan avtoritar valideynlər uşaqlarını yox, özlərini dəyişdirməyə çalışsalar, daha yaxşı olar. Belə valideynlər uşaqlarının demək olar ki, bütün hərəkətlərini məhdudlaşdırmağa çalışırlar. Onların dediyi olmadıqda isə narahat olmağa başlayırlar. Təbii ki, onlar arasında müxtəlif cəzalara əl atanlar da olur.

Related image

Bəzi valideynlərə görə otağa oyuncaq daşımaq belə dəcəlliyin əlamətidir. Halbuki, uşaq oyununu oynadıqdan sonra oyuncaqlarını yığışdırırsa, burada narahat olmağa dəyməz. Digər tərəfdən, belə sərt reaksiyalar uşağın aqressiv və ya passiv böyüməsinə səbəb ola bilər. Və bundan da təhlükəlisi uşaqlara qoyulan yersiz məhdudiyyətlər onların evdən soyumasına gətirib çıxara bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir