usaq 4

Uşağınız istədiyi kimi geyinmək istəyirsə… – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 849

Valideynlərin ən böyük problemlərindən biri də uşaqlarının geyimlərinə müdaxilə edə bilməmələri və ya müdaxilə etməkdə çətinlik çəkmələridir. Bu problemin ən böyük daşıyıcıları isə məktəbəqədər yaşda uşağı olan valideynlərdir. Belə ki, bu yaşda olan uşaqlar çox vaxt geyimlərindəki uyğunluğa diqqət yetirmir, ya da hava şəraitinə uyğun olmayan geyimlərə üstünlük verirlər.

usaqlar

Əslində, uşağın öz geyimini özü seçməsi (xüsusilə də, məktəbəqədər dövrdə) heç də pis hal deyil. Hətta, bu məsələdə uşağa mümkün qədər sərbəstlik vermək lazımdır. Ancaq uşaq bu seçimi ilə sağlamlığını nəzərə almırsa və ya onun seçdiyi geyimlə heç cür razılaşa bilmirsinizsə, bir az planlı hərəkət etməlisiniz. Bunun üçün ən yaxşı yol isə, o fəslə və ya o yaşa uyğun olmayan geyimləri uşağınızın qarderobundan çıxarmaqdır. Çünki, uşağınız həmişə geyim şkafını açanda qırmızı paltarını görürsə, istər-istəməz bu onun şüuraltına yerləşəcək və təbii olaraq, hər dəfə eyni geyimə üstünlük verəcək. Əgər başqa bir problem yoxdursa, uşağınızın geyiminə müdaxilə etməyə ehtiyac yoxdur. Ən yaxşı halda siz ona öz alternativ variantınızı təklif edə və son sözü yenə də onun ixtiyarına buraxa bilərsiniz. Bütün bunlara baxmayaraq, o yenə də sizin təklifinizdən imtina edirsə, narahat olmayın. Başqa sözlə, uşağınızın sizin zövqünüzü bəyənmək məcburiyyətində olmadığını unutmayın.

usaqlar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir