valideyn

Uşağınız sizdən intiqam alır? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 775

Uşağınız narahat olduğunuzu bildiyi halda, bəzi hərəkətlərindən əl çəkmir? Və ya siz narahat olduqca və ya hirsləndikcə o özünü “daha xoşbəxt” hiss edir? Elə isə uşağınız sizdən istər şüurlu, istərsə də şüuraltı olaraq intiqam ala bilər?..

İntiqam axtarışında olan uşaqlar sevilmədiklərinə inanırlar və təbii olaraq, validleynləri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu uşaqlar özlərini incidilmiş kimi hiss etdikləri üçün qarşı tərəfi də incitmək istəyilər. Belə uşaqlar, xüsusilə, valideynlərinin narahat olduqları hərəkətlərə yol verirlər. Məsələn, valideynlərinin narahat olduqlarını bildikləri halda, yemək yemirlər və ya valideynlərinin narahat olduqlarını bildikləri halda, paltar geymirlər və s.

valideyn

Təbii ki, bu cür hərəkətlərə yol verərkən uşaqlar “Mən intiqam alıram” deyə düşünmürlər. Ancaq daxili dünyalarında formalaşan nifrət hissi onlara bu cür hərəkətlərə yol verməyə imkan verir. Ona görə də, valideynlər belə hallarda təmkinli olmalı və uşaqlarının bu hərəkətlərə necə hərəkət etmək lazım olduğunu bilmədikləri üçün yol verdiklərini bilməlidirlər.

Digər tərəfdən, valideynlər intiqam axtarışında olan uşaqlara qarşı heç cür sərt münasibət göstərməməlidirlər. Çünki onlar bu cür münasibətlərlə həm uşaqlarında inadkarlığa, həm də valideyn və uşaq arasındakı ünsiyyətiin pozulmasına səbəb ola bilərlər. Buna görə də, valideynin ilk məqsədi uşağı ilə arasındakı ünsiyyəti bərpa etmək olmalı və əgər mümkünsə, işə səmimi bir söhbətlə başlamalıdır.

Ünsiyyət bərpa olduqdan sonra intiqam əlaməti olan mənfi hərəkətlər də, təbii olaraq, aradan qalxacaq. Bir sözlə, valideynlər uşaqlarını diqqətlə müşahidə etməli, intiqam məqsədi daşıyıb-daşımadıqlarını anlamağa çalışmalı, sonra da istər qayğılarını, istərsə də sevgilərini ondan əskik etməməlidirlər…

 

Tədim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir